Sİfarİşə başlayın
Qafqaz Baku Sport Hotel
Otel haqqında

“Qafqaz Baku Sport Hotel” Bakının Ağ Şəhər adlanan ərazisində yerləşən 4 ulduzlu oteldir. Xəzər dənizinin sahilindən az aralıda 17 mərtəbəli binada fəaliyyət göstərən otelimiz 2015-ci ildən etibarən qonaqların xidmətindədir. Ən yuxarı mərtəbələrdə yerləşən restoran və barlarda siz Azərbaycan və dünya mətbəxinin ən ləziz təamlarını və içkilərini dada, gözəl dəniz və şəhər mənzərəsini seyr edərək istirahətinizdən doyunca zövq ala bilərsiniz. Sağlamlığın bərpası üçün əlverişli şəraitə malik Spa və fitnes mərkəzi və zəruri texniki avadanlıqlarla tam təchiz olunmuş konfrans zalı hər zaman xidmətinizdədir. Həmçinin otelimiz Bakı şəhərinin mərkəzinə yaxın yerdə olduğundan buradan şəhərin gəzməli-görməli yerlərinə getmək olduqca asandır.

Ünvan:
X. Rüstəmov küç. 1210, AZ1025 Bakı, Azərbaycan
Əlaqə nömrələri:
+994 12 404 14 70
Elektron ünvan:
info@qafqazbakusporthotel.com
Yerləşmə
  • 1 km mərkəzdən aralı
  • 25 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Superior Queen Xəzər sahilində gecələmək imkanı

Supeior Double (İkinəfərlik) nömrələri Bakı şəhərinin mərkəzinə yaxın ərazidə sərfəli qiymətə gecələmək istəyənlər üçün ideal seçimdir. Bir yataq otağından ibarət bu nömrələri əlavə yataq qoymaqla üçnəfərlik etmək də mümkündür. Geniş otağa sahib bu nömrələrdən dənizə və şəhərə möhtəşəm mənzərə açılır. 

Otağın özəllikləri

Standard Double (İkinəfərlik) nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Superior Twin Sərfəli qiymətə gecələmək imkanı

Superior Twin (İkinəfərlik) nömrələri Bakı şəhərinin mərkəzinə yaxın ərazidə sərfəli qiymətə gecələmək istəyənlər üçün ideal seçimdir. Bir yataq otağından ibarət bu nömrələri əlavə yataq qoymaqla üçnəfərlik etmək də mümkündür. Geniş otağa sahib bu nömrələrdən dənizə və şəhərə möhtəşəm mənzərə açılır. 

Otağın özəllikləri

SuperiorTwin (İkinəfərlik) nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Suite Ailəli qonaqlar üçün geniş nömrələr

Suite nömrələri Bakı şəhərinin mərkəzinə yaxın ərazidə gecələmək istəyən ailəli qonaqlar üçün ən münasib seçimdir. Geniş sahəyə malik bu nömrələr 1 yataq və 1 qonaq otağından ibarətdir. Dəniz mənzərəli bu nömrələr 15-ci mərtəbədə yerləşir. Suite nömrələrində kiçik qarderob otağı da var.

Otağın özəllikləri

Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • İki sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • İki ədəd peyk TV
  • Minibar
  • Saç feni
Executive Suite Unikal şəraitə malik geniş nömrə

Executive Suite nömrələri Bakı şəhərinin mərkəzinə yaxın ərazidə unikal şəraitə malik nömrədə gecələmək istəyənlər üçün geniş imkanlar vəd edir. Bu nömrə 1 yataq və 1 qonaq otağından ibarətdir. Həmçinin bu nömrədə divan, kreslo, yemək masası və balaca mətbəxlə yanaşı oturma zonasında mərmərdən hazırlanmış kiçik şahmat meydançası da var. Hotelin 15-ci mərtəbəsində yerləşən bu nömrədən dəniz və şəhərə mənzərə açılır. Burada olan binokl vasitəsilə qonaqlar dəniz və şəhərə yaxından tamaşa edə bilərlər. 

Otağın özəllikləri

Executive Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • İki sanitar qovşaq (cakuzi və vannalı / duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Böyük plazma TV
  • Minibar
  • Saç feni
Junior Suite Şəhər mərkəzində sərfəli nömrə

Junior Suite nömrələri Bakı şəhərinin mərkəzinə yaxın bir məkanda ailəvi şəkildə gecələmək istəyənlər üçün əlverişli şərait təqdim edir. Bir yataq və bir də qonaq otağından ibarət bu nömrələr dənizə və şəhərə açılan mənzərəyə sahibdir. Hotel binasının hər mərtəbəsində bir Junior Suite nömrəsi yerləşir və bu nömrələrin hamısında divan, jurnal masası və iki qarderob var.

Otağın özəllikləri

Junior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • İki sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • İki ədəd peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Baku Sport Hotel”də qonaqlara Azərbaycanın ən ləziz milli yeməkləri və dünya mətbəxinin ən çox sevilən təamları ilə yanaşı müxtəlif növ içkilər təqdim olunur. Qonaqlara geniş çeşidə malik səhər yeməyi 105 nəfərlik tutuma malik “Sunflover” restoranında verilir. Bu restoranda sifariş əsasında nahar və şam etmək də mümkündür. Aralıq dənizi ölkələrinin mətbəxinə aid yemək və içkilərin təklif olunduğu “Lobby” barı 24 saat fəaliyyət göstərir. Otel binasının 16-cı mərtəbəsində yerləşən və 65 nəfərlik tutuma sahib “Champion” barı yalnız həftənin şənbə günləri açıq olur və həmin gün ərzində qonaqlara canlı caz musiqisi ziyafəti verilir. Əlamətdar günlər üçün sifariş əsasında xidmət göstərən 80 nəfərlik tutuma malik “Sunset” restoranı 17-ci mərtəbədə yerləşir və burada siz həm yaxınlarınızla birlikdə əylənə, həm də möhtəşəm dəniz və şəhər mənzərəsinə tamaşa edərək gözəl gün keçirə bilərsiniz.

Spa və Fitnes

“Qafqaz Baku Sport Hotel”də qonaqlara zövqlü istirahət etmək üçün geniş imkanlarla yanaşı sağlamlığı bərpa etmək üçün də əlverişli şərait təqdim olunur. Siz sauna, buxar hamamı və masaj xidmətindən ibarət olan Spa mərkəzində zövqünüzə uyğun şəkildə doyunca dincələ və öz sağlamlığınızı yaxşılaşdıra bilərsiniz. Həmçinin hotelimizdə fiziki cəhətdən möhkəmliyi təmin etmək istəyənlər üçün də müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes mərkəzi fəaliyyət göstərir.

Görüşlər

“Qafqaz Baku Sport Hotel”də siz irimiqyaslı görüşlərinizi keçirə və fərdi qaydada öz şəxsi biznes fəaliyyətinizi davam etdirə bilərsiniz. Belə ki, teatr formasında dizayn olunmuş və 160 nəfərlik tutuma malik konfrans zalı daim xidmətinizdədir. Bu zal tədbirlərin keçirilməsi üçün tələb olunan zəruri texniki avadanlıqlarla, o cümlədən proyektor, pərdə, mikrofon, səs sistemi və tərcüməçi kabinəsi ilə təchiz olunub. Həmçinin hotelimizdə 24 saat açıq olan biznes mərkəzi də fəaliyyət göstərir. Kompüterlər, kitablar və printerlə təchiz olunmuş bu otaqda siz gün ərzində istənilən saatda öz biznes fəaliyyətinizlə məşğul ola bilərsiniz.