Sİfarİşə başlayın
Qafqaz Park Hotel
Otel haqqında

“Qafqaz Baku Park Hotel” Bakı şəhərinin mərkəzində sakit bir məkanda yerləşən 4 ulduzlu butik oteldir. Heydər Əliyev Mərkəzi ilə üzbəüz olan otelimiz 2011-ci ildən etibarən fəaliyyət göstərir. “Qafqaz Baku Park Hotel” 24 saat açıq olan restoranı, geniş imkanlara malik Spa və fitnes mərkəzi və böyük tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə sahib konfrans zalı ilə daim xidmətinizdədir. Həmçinin otelimiz şəhərin mərkəzində yerləşdiyindən buradan şəhərin gəzməli-görməli yerlərinə səyahət olduqca asandır. 

Ünvan:
Xətai pr. 51, AZ1010 Bakı, Azərbaycan
Əlaqə nömrələri:
+994 12 496 39 85
Elektron ünvan:
info@qafqazparkhotel.com
Yerləşmə
  • 3 km mərkəzdən aralı
  • 25 km havalimanından aralı
  • 2 km dəmiryol vağzalından aralı
Otaqlar
Standard Single Şəhərin mərkəzində ideal istirahət

Standard Single (Birnəfərlik) nömrələri Bakı şəhərinin mərkəzində sərfəli qiymətə gecələmək istəyənlər üçün ideal seçimdir. Bir otaqdan ibarət bu nömrələrdə stul və yazı masası da mövcuddur. 

Otağın özəllikləri

Standard Single nömrələri sizi aşağıdakılarla təmin edir: 

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Standard Double/Twin Sərfəli qiymətə geniş otaqlar

Standard Double/Twin (İkinəfərlik) nömrələri Bakı şəhərinin mərkəzində sərfəli qiymətə geniş otaqlarda gecələmək istəyənlər üçün əlverişli şərait təqdim edir. Bir otaqdan ibarət bu nömrələrdə 2 ədəd kreslo və 1 ədəd jurnal masası da mövcuddur.

Otağın özəllikləri

Standard Double/Twin (İkinəfərlik) nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Baku Park Hotel”in restoranı 24 saat fəaliyyət göstərir. Burada siz Azərbaycanın ən ləziz yeməkləri ilə yanaşı dünya mətbəxinin ən çox sevilən təamlarını dada bilərsiniz. Tutumu 80 nəfər olan bu restoranda yemək masası ətrafında bir araya gələrək xoş vaxt keçirmək üçün gözəl şərait yaradılıb.

Spa və Fitnes

“Qafqaz Baku Park Hotel”də istirahətlə yanaşı öz sağlamlığınızı bərpa etmək üçün geniş imkanlar var. Qapalı hovuz, sauna, buxar və Türk hamamından ibarət Spa mərkəzi gün ərzində qonaqların xidmətindədir. Həmçinin siz burada masaj və kisələmə xidmətindən də yararlana bilərsiniz. Bundan başqa, otelimizdə müasir idman avadanlıqları ilə tam təchiz olunmuş fitnes zalı da fəaliyyət göstərir.

Görüşlər

“Qafqaz Baku Park Hotel”də tədbir və yığıncaqların keçirilməsi üçün əlverişli şərait yaradılıb. Teatr formasında dizayn olunmuş və 110 nəfərlik tutuma malik konfrans zalında iri miqyaslı tədbirlərinizi keçirə bilərsiniz. Konfrans zalı proyekt, pərdə, mikrofon, səs sistemi, flipçart və digər zəruri texniki avadanlıqlarla tam təmin olunub. Bundan başqa, siz 32 nəfərlik tutumu olan iclas zalında kiçik miqyaslı görüşlərinizi rahatlıqla reallaşdıra bilərsiniz. Həmçinin bu zal da görüşlər üçün tələb olunan zəruri avadanlıqlarla tam təchiz olunub. Qonaqlara tədbir zamanı kofe-çay ilə yanaşı otelin restoranında nahar etmək xidməti də təklif olunur.