Spa və FİTNES

“Qafqaz” hotellərində rahat dincəlməyin yanında sağlamlığı bərpa etmək də mümkündür. Bu məqsədlə fəaliyyət göstərən Spa mərkəzlərində qonaqlara hovuz, Türk hamamı, sauna və masaj xidmətləri təqdim olunur. Ailə və yaxınları ilə birlikdə müstəqil şəkildə dincəlmək istəyənlər üçün bəzi hotellərimizdə VIP Spa xidməti də mövcuddur. Üstü açıq və qapalı hovuzlar ilin müxtəlif fəsillərində suda rahatlıq tapmaq imkanı yaradır. Bundan başqa, hotellərimizdə idmanla məşğul olaraq fiziki sağlamlığını gücləndirmək istəyənlər üçün fitnes mərkəzləri də fəaliyyət göstərir. Zəruri avadanlıqlar ilə tam təchiz olunmuş bu mərkəzlərdə qonaqlar idman edərək istirahətdən hərtərəfli şəkildə doyunca zövq ala bilərlər.

Fitnes və idman zallarımız