Sİfarİşə başlayın
Qafqaz Gabala Sport Hotel
Otel haqqında

“Qafqaz Sport Hotel” Böyük Qafqaz dağlarının ətəyində salınmış Qəbələ şəhərinin yaxınlığında, təbiətin qoynunda sakit bir məkanda yerləşən 5 ulduzlu oteldir. Müasir memarlıq üslubunda inşa olunmuş otelimiz 2011-ci ildən etibarən fəaliyyət göstərir. Oteldə fərdi, ailəvi və ya kollektiv şəkildə dincəlməyə gələn bütün qonaqlar üçün lazımi şərait yaradılıb. Müxtəlif qiymətlərə və zövqlərə münasib nömrələr və kotteclər, zəngin milli və xarici mətbəxə sahib restoranlar, fiziki cəhətdən sağlamlığı bərpa etmək üçün əlverişli şəraitə malik Spa və fitnes mərkəzi və böyük tədbirlərin keçirildiyi konfrans zalı otelimizin sizə təklif etdiyi əsas imkanlardandır. Bundan başqa, otelin həyətində uşaqlar üçün oyun meydançası var. Əsas binada yerləşən oyun zalında isə siz müxtəlif növ masaüstü oyunları ilə məşğul ola və beynəlxalq idman yarışlarını canlı izləyə bilərsiniz. Ümumiyyətlə, “Qafqaz Sport Hotel” Qəbələ şəhərinin mərkəzində olan əsas biznes qurumlarının yaxınlığındadır və həmçinin Qəbələ Futbol Klubunun mərkəzi stadionu da oteldən 300 metr aralıda yerləşir.

Ünvan:
Ünvan, AZ1039 Qəbələ, Azərbaycan
Əlaqə nömrələri:
+994 24 205 43 50
Elektron ünvan:
info@qafqazsporthotel.com
Yerləşmə
  • 2 km mərkəzdən aralı
  • 12 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Standard Double Sərfəli qiymətə geniş nömrələr

Standard Double nömrələri şəhər mərkəzinə yaxın yerdə sərfəli qiymətə müasir hotel standartlarına müvafiq xidmətlərdən yararlanmaq istəyənlər üçün əlverişli şərait təklif edir. Bəzi nömrələrdə Qəbələ dağlarını müşahidə etməyə imkan verən balkon da mövcuddur. Burada siz rahat şəkildə dincələ və təmiz dağ havası qəbul edərək istirahətinizdən doyunca zövq ala bilərsiniz.

Otağın özəllikləri

Superior Double (Bir və İkinəfərlik) nömrələri aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Junior Suite Ailə üçün sərfəli nömrə

Junior Suite nömrələri bir yataq otağı və bir də qonaq otağından ibarətdir. Junior Suite nömrələrinin bəzilərində üzü sıx meşə örtüyünə sahib Qəbələ dağlarına baxan balkon mövcuddur. Siz ailəcə burada rahat şəkildə dincələ və təmiz dağ havası qəbul edərək istirahətinizdən doyunca zövq ala bilərsiniz.

Otağın özəllikləri

Junior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Bir və ya iki sanitar qovşaq (cakuzi və vannalı)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Sport Hotel”də qonaqların müxtəlif zovqləri və istəklərinə uyğun restoran xidmətləri günboyu təklif olunur. Siz 200 nəfərlik tutuma malik "Mirvari" restoranında nahar edə və Azərbaycanın ən ləziz milli yeməklərindən dadaraq yaxınlarınızla masa ətrafında xoş vaxt keçirə bilərsiniz. 60 nəfərlik “Firuzə” restoranı yalnız konfrans zalında tədbir keçirən qonaqlara fasilə zamanı çay və kofe xidməti göstərir. Bundan başqa, otelimiz özəl günlər keçirmək istəyənlərin də istəklərini nəzərə alıb. 120 nəfərlik tutuma sahib “Sapphire A La Carte” restoranı əlamətdar günləri oteldə qeyd etmək istəyən qonaqlar üçün ideal məkandır. Digər tərəfdən, müxtəlif növ yerli və beynəlxalq içkilərin təqdim olunduğu “Yaqut”  barı 24 saat fəaliyyət göstərir. Yay ayları ərzində üstüaçıq hovuzun yanında yerləşən “Hovuz” barı suda sərinlənən və açıq havada günəşlənən qonaqlara müxtəlif içkilərdən dadmaq imkanı təklif edir.

Spa və Fitnes

“Qafqaz Sport Hotel” rahatca dincəlməklə yanaşı fiziki cəhətdən sağlamlığı bərpa etmək istəyənlər üçün də geniş imkanlar vəd edir. Otelin Spa mərkəzində siz hovuz, sauna, buxar və Türk hamamı xidmətlərindən yararlana bilərsiniz. Otelin həyətində olan üstüaçıq hovuz əsasən yay aylarında fəaliyyət göstərir. İsti yay mövsümündə siz həm açıq havada hovuz imkanından yararlana, həm də terrasda günəşlənərək və təmiz dağ havası qəbul edərək dincələ bilərsiniz. Spa mərkəzində yer alan masaj otaqlarında qonaqlara geniş yayılmış müasir masaj xidmətləri təklif olunur. Bundan başqa müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes mərkəzi də sizin xidmətinizdə olacaq.

Görüşlər

“Qafqaz Sport Hotel”də kiçik və böyük tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Maksimal tutumu 250 nəfər olan “Lapis” zalı konfrans üçün zəruri olan bütün texniki avadanlıqlarla, o cümlədən səs sistemi, mikrofon, böyük pərdə və proyektorla təchiz olunub. Siz burada konfranslarınızı keçirə və irimiqyaslı tədbirlərinizi yüksək səviyyədə reallaşdıra bilərsiniz. Bununla yanaşı, otelimizdə kiçik miqyaslı görüş keçirmək istəyənlər üçün 12 nəfərlik “Sircon” iclas otağı ayrılıb. Bu otaq dəyirmi masa, geniş ekranlı televizor, böyük pərdə və proyektorla təchiz olunub. Bundan başqa, işgüzar fəaliyyətinə fərdi qaydada davam etmək istəyən qonaqlar zəruri avadanlıqlarla təchiz olunmuş kiçik biznes mərkəzinin imkanlarından da yararlana bilərlər.