Sİfarİşə başlayın
Qafqaz Karvansaray Boutique Hotel
Otel haqqında

“Qafqaz Karvansaray Hotel” Qəbələ şəhərinin mərkəzində yerləşən 5 ulduzlu hoteldir. Modern Art Deco tərzində inşa olunmuş hotel 2013-cü ilin avqustundan etibarən fəaliyyət göstərir. Müasirliklə qədimiliyin birarada əks olunduğu bu hotel qonaqlara Azərbaycanın ən ləziz təamları ilə yanaşı dünya mətbəxinin ən çox sevilən yeməklərini təqdim edir. Dağlar qoynunda yerləşən Qəbələ şəhərinin mərkəzində sərfəli qiymətə qonaqlamaq imkanı təklif edən “Qafqaz Karvansaray Hotel” qadın və kişi bölmələrindən ibarət Spa mərkəzi, günboyu fəaliyyət göstərən “Lobby” barı və tədbirlərin keçirildiyi böyük konfrans zalı ilə daim xidmətinizdədir. Siz burada yaxınlarınızla birlikdə xoş vaxt keçirə və təmiz dağ havası qəbul edərək istirahətinizdən doyunca zövq ala bilərsiniz.

Ünvan:
E. Kərimov küç. 10, AZ3600 Qəbələ, Azərbaycan
Əlaqə nömrələri:
+994 2420 54455
Elektron ünvan:
info@qafqazkarvansarayhotel.com
Yerləşmə
  • 1 km mərkəzdən aralı
  • 10 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Junior Suite Sərfəli qiymətə qonaqlamaq imkanı

Junior Suite nömrələri bir yataq və bir qonaq otağından ibarətdir. Bu nömrələr şəhərin mərkəzində sərfəli qiymətə qonaqlamaq imkanı verir. Siz müasir hotel standartlarına cavab verən Junior Suite nömrələrində ailəvi şəkildə rahatca dincələ və yaxınlarınızla gözəl vaxt keçirə bilərsiniz.

Otağın özəllikləri

Junior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Suite Sərfəli qiymətə gecələmək imkan

Suite nömrələri bir yataq və bir qonaq otağından ibarətdir. Bu nömrələr şəhərin mərkəzində sərfəli qiymətə qonaqlamaq imkanı verir. Siz müasir hotel standartlarına cavab verən Junior Suite nömrələrində ailəvi şəkildə rahatca dincələ və yaxınlarınızla gözəl vaxt keçirə bilərsiniz. 

Otağın özəllikləri

Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Superior Double Sərfəli qiymətə qonaqlamaq imkanı

Müasir hotel standartlarına cavab verən Superior Double (Bir və İkinəfərlik) nömrələri sizə şəhərin mərkəzində sərfəli qiymətə qonaqlamaq imkanı təklif edir. Burada siz rahat şəkildə dincələ və hotelin geniş imkanlarından yararlanaraq istirahətinizdən doyunca zövq ala bilərsiniz.

Otağın özəllikləri

Superior Double nömrələri size aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Karvansaray Hotel”də 170 nəfərlik tutuma malik restoran fəaliyyət göstərir. Bu restoranda Azərbaycanın ən ləziz yeməkləri ilə yanaşı dünya mətbəxinin ən çox sevilən təamları qonaqlara təqdim olunur. Müxtəlif növ yerli və beynəlxalq içkilərin verildiyi “Lobby” barı 24 saat fəaliyyət göstərir. Bundan başqa, Spa mərkəzində olan və təbii meyvə şirələrinin təqdim olunduğu “Vitamin” barı gün ərzində qonaqların xidmətindədir. Üstüaçıq hovuzun yanında yerləşən “Pool” barı isə qonaqlara yalnız yay fəslində xidmət göstərir. 

Spa və Fitnes

“Qafqaz Karvansaray Hotel”də qadın və kişilər üçün ayrı Spa mərkəzi fəaliyyət göstərir. Spa mərkəzi sauna, buxar hamamı, Türk hamamı və hovuz xidmətindən ibarətdir. Üstüqapalı hovuz günün müəyyən saatlarında yalnız qadınların, digər saatlarda isə hər kəsin istifadəsi üçün açıq olur. Spa mərkəzində qonaqlara masaj və kisələmə xidmətləri də təklif olunur. Bununla yanaşı, otelin həyətində yay aylarında üstüaçıq hovuz da fəaliyyət göstərir. Eyni zamanda peşəkar idman avadanlıqları ilə tam təchiz olunmuş fitnes mərkəzi də gün ərzində qonaqların xidmətindədir.

Görüşlər

“Qafqaz Karvansaray Hotel”də siz dincəlməklə yanaşı həm də böyük tədbirlər təşkil edə və kiçik miqyaslı görüşlər keçirə bilərsiniz. Oteldə 100 nəfərlik konfrans zalı mövcuddur. Teatr formasında tərtib olunmuş bu zal böyük pərdə, proyektor, səs sistemi, flipçart kimi zəruri avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, oteldə 8 nəfərlik iclas otağı var. Bu otaq da görüş üçün zəruri olan bütün avadanlıqlarla, o cümlədən dəyirmi masa, ekran, proyektor və flipçartla təmin olunub. Eyni zamanda otelimizdə fərdi qaydada işgüzar fəaliyyətlə məşğul olmaq istəyənlər üçün də müvafiq şəraitin yaradıldığı biznes otağı mövcuddur.