Sİfarİşə başlayın
Qafqaz Riverside Resort Hotel
Otel haqqında

“Qafqaz Riverside Resort Hotel” Qəbələ şəhərinin yaxınlığında sıx meşə örtüyünə sahib dağların əhatəsində yerləşən 5 ulduzlu oteldir. Qəbələ şəhərindən keçən Dəmiraparan çayının kənarında 20 hektarlıq ərazidə yerləşən bu hoteldə dünya standartlarına uyğun sərfəli qiymətlərə mehmanxana xidməti və məhsullar təklif olunur. Otelin bir yanında Qəbələ dağlarının yüksəkliklərinə doğru hərəkət edən kanat, digər yanında isə Qəbələnd Əyləncə Mərkəzi fəaliyyət göstərir. Otel dağ mənzərəli geniş otaqlarla yanaşı kənd ab-havası yaşamaq istəyənlər üçün müstəqil evlər də təqdim edir. Otelimizdə siz həm təmiz dağ havası qəbul edə, həm açıq havada günəşlənə, həm də meşəlik ərazidə manqal səfası yaşaya bilərsiniz.

Ünvan:
Ünvan, AZ1038 Qəbələ, Azərbaycan
Əlaqə nömrələri:
+994 24 205 43 30
Elektron ünvan:
info@qafqazriversidehotel.com
Yerləşmə
  • 3 km mərkəzdən aralı
  • 12 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Duplex Suite Ailəvi istirahət ideal seçim

Hər mərtəbəsində ayrıca yataq otağı, qonaq otağı və duş kabinli sanitar qovşağa sahib bu nömrələr geniş ailə şəklində qonaqlamaq istəyənlər üçün tam əlverişli şərait təqdim edir. Qəbələ dağlarının gözəl mənzərəsinə sahib bu nömrələrdə siz ailəvi şəkildə rahatca dincələ və tətilinizdən doyunca zövq ala biləcəksiniz. Duplex Suite nömrələri geniş ailəli qonaqlar üçün əlverişli şəraitə malikdir. Bu nömrələrin hər iki mərtəbəsində bir yataq otağı, bir də qonaq otağı var. 

Otağın özəllikləri

Duplex Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • İki sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Junior Suite Kiçik ailələr üçün əlverişli şərait

Frenç tipli kiçik balkona sahib bütün Junior Suite nömrələrində yataq otağı ilə yanaşı qonaq otağı da var. Kiçik ailələr üçün ideal mehmanxana xidməti təqdim edən bu nömrələrdə qonaqların rahat dincəlmələri üçün cakuzi və ya vanna imkanı da mövcuddur. Junior Suite nömrələri bir yataq otağı, bir də qonaq otağından ibarətdir. Frenç tipli kiçik balkona sahib bu nömrələrin dağa baxanlarında cakuzili, şəhərə baxanlarında isə vannalı sanitar qovşaq var

Otağın özəllikləri

Bütün Junior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (cakuzili və ya vannalı)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Riverside Resort Hotel”də 400 nəfərlik “Qəbələ” restoranı və 140 nəfərlik “Brasserie” restoranı fəaliyyət göstərir. Hər iki restoranda qonaqlara Azərbaycanın və dünyanın aparıcı mətbəxlərindən müxtəlif növ yeməklər təqdim olunur. Otelimizin həyətində ağaclıq ərazidə manqal səfası yaşamaq və xüsusən də Azərbaycanın ən ləziz milli yeməklərindən dadmaq istəyənlər üçün 70 nəfərlik “Meşə” restoranı xidmət göstərir. Bütün bu restoranlarda qonaqlara sifariş əsasında Yeni İli, ad gününü və digər əlamətdar günləri bir arada qeyd etmək imkanı da yaradılıb.

Bundan başqa, otelimizdə “Kamin” (24 saat açıqdır), “Vogue Sigar”, “Pool” (üstüaçıq hovuzun yanında) və “Vitamin” (Spa mərkəzində) barları fəaliyyət göstərir ki, xoş vaxt keçirmək və rahat dincəlmək istəyənlər üçün burada əlverişli şərait mövcuddur.

Spa və Fitnes

“Qafqaz Riverside Resort Hotel”də rahat dincəlməklə yanaşı öz sağlamlığınızı da bərpa edə bilərsiniz. Otelimizin Spa mərkəzində üstüqapalı hovuz, türk hamamı, sauna və masaj otaqları fəaliyyət göstərir. Türk hamamında kisələmə xidməti də mövcuddur. Müstəqil şəkildə dincəlmək istəyənlər VIP Spa mərkəzinin təqdim etdiyi imkanlardan da yararlana bilərlər.

Otelimizin həyətində həm böyüklər, həm də uşaqlar üçün olan üstüaçıq hovuzlar əsasən isti aylarda xidmət göstərir. Burada açıq hava şəraitində siz həm dağ mənzərəsini seyr edə, həm də hovuzun yanında olan terrasda günəşlənə bilərsiniz.

Bundan başqa otelimizin Fitnes mərkəzində idman və gimnastika ilə məşğul olmaq istəyənlər üçün əlverişli şərait yaradılıb. Bu mərkəz fitnes fəaliyyəti üçün zəruri olan bütün avadanlıqlarla tam təchiz olunub.

Görüşlər

“Qafqaz Riverside Resort Hotel”də görüş və tədbirlərinizi rahat şəkildə reallaşdırmaq üçün 20 nəfərdən 150 nəfərədək tutumu olan 4 müxtəlif zal var. Bütün zəruri avadanlıqlarla tam təmin olunan bu zallarda siz həm fərdi, həm də korporativ şəkildə görüşlər keçirməklə öz bisnez fəaliyyətinizi fasiləsiz olaraq davam etdirə bilərsiniz. Bununla yanaşı otelimizdə biznes mərkəzi də fəaliyyət göstərir. Burada işgüzar fəaliyyətlə məşğul olmaq üçün əlverişli mühit mövcuddur.