Sİfarİşə başlayın
Qafqaz Sahil Resort Hotel
Otel haqqında

“Qafqaz Sahil Hotel” Lənkəran şəhərinin yaxınlığında yerləşən 4 ulduzlu oteldir. Xəzər dənizinin sahilində inşa olunmuş otel 2008-ci ildən etibarən fəaliyyət göstərir. Otelimiz xüsusi çimərliyi, ləziz yeməkləri və təmiz havası ilə Lənkərana səyahət edənlərin xüsusi seçimi olmuşdur. Müstəqil ev şəklində tikilmiş kotteclər sizə ailəvi şəkildə istirahət etməyə geniş imkan yaradır. Şəhər mərkəzinə yaxın olduğundan oteldən Lənkəranın gəzməli-görməli yerlərinə səyahət olduqca asandır.

Ünvan:
H. Əliyev pr. 261, Lənkəran, AZ4200, Azərbaycan
Əlaqə nömrələri:
+994 25 252 61 00
Elektron ünvan:
info@qafqazsahilhotel.com
Yerləşmə
  • 4 km mərkəzdən aralı
  • 50 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Standard Double Dəniz kənarında sərfəli qiymətə gecələmək imkanı

Standard Double/Twin (İkinəfərlik) nömrələri dəniz kənarında müasir hotel standartlarına müvafiq şəraitdə sərfəli qiymətə dincəlmək istəyənlər üçün ideal seçimdir. Bu nömrələrdə açıq balkon da var.

Otağın özəllikləri

Bütün Standard Double/Twin (İkinəfərlik) nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Junior Suite Geniş otaqlı nömrələrdə qonaqlamaq imkanı

Senior Suite nömrələri geniş yataq otağından ibarətdir. Yataq otağının bir hissəsi istirahət üçün nəzərdə tutulub və bura rahat mebel dəsti ilə təmin olunub. Bu nömrələrdə dəniz mənzərəli balkon da mövcuddur.

Otağın özəllikləri

Bütün Senior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
  •  
Restoranlar

“Qafqaz Sahil Hotel”də qonaqlara tutumu 50 nəfər olan “Xəzər” restoranında Azərbaycanın ən ləziz yeməkləri və dünya mətbəxinin ən dadlı təamları təqdim olunur. Bu restoranın yanında yerləşən “Xəzər” barı 24 saat fəaliyyət göstərir. Bundan başqa, ilin isti aylarında otelimizin həyətində açıq havada “Sahil” restoranı qonaqlara xidmət göstərir. Siz burada quraşdırılmış köşk-çardaqlarda əyləşərək həm yerli məhsullardan hazırlanmış ləziz təamların dadına baxa, həm də təmiz dəniz havası qəbul edərək istirahətinizdən doyunca zövq ala bilərsiniz.

Spa və Fitnes

Xəzər dənizinin sahilində yerləşən “Qafqaz Sahil Hotel”də sağlamlığın bərpası üçün müvafiq şərait yaradılıb. Otelimizdə kişilər və qadınlar üçün ayrı sauna otağı fəaliyyət göstərir. Bundan başqa, qonaqlar müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes mərkəzinin geniş imkanlarından da yararlana bilərlər.

Görüşlər

“Qafqaz Sahil Hotel”də görüşlər keçirə və əlamətdar günləri birlikdə qeyd edə bilərsiniz. Bunun üçün 50 nəfərlik tutuma malik “Xəzər” restoranı sizin istifadənizə verilir. Sifarişiniz əsasında restoran görüş üçün zəruri avadanlıqlarla tam təchiz olunaraq arzuladığınız formada yenidən tərtib olunur.