Sİfarİşə başlayın
Qafqaz Thermal & Spa Hotel
Otel haqqında

“Qazqaz Thermal & Spa Resort Hotel” Qəbələ rayonunun Yengicə kəndində yerləşən 4 ulduzlu oteldir. 2014-cü ildə fəaliyyətə başlayan otelimizdə qonaqlara valehedici gözəlliyə sahib təbiətin qoynunda rahat şəkildə dincəlməklə yanaşı mineral və termal sular ilə və həmçinin Naftalan nefti vasitəsilə müalicə qəbul etmək üçün əlverişli imkanlar təqdim olunur. Bununla yanaşı otelin yaxınlığından keçən çayda bəndlər salınaraq süni göllər yaradılıb və bu göllər ətrafında köşk-çardaqlar qurularaq xüsusən yay aylarında toplu şəkildə dincəlmək və piknik etmək üçün lazımi şərait ərsəyə gətirilib. Bundan başqa, otelimizdə böyük yığıncaqların keçirilməsi üçün əlverişli şəraitə sahib zəruri avadanlıqlarla təchiz olunmuş zallar da mövcuddur.

Ünvan:
Yengicə, AZ3600 Gəbələ, Azərbaycan
Əlaqə nömrələri:
+994 24 205 43 93
Elektron ünvan:
info@qafqazthermalhotel.com
Yerləşmə
  • 15 km mərkəzdən aralı
  • 9 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Junior Suite Ailələr üçün ideal istirahət

Junior Suite nömrələri 1 yataq otağı və 1 qonaq otağından ibarətdir. Qonaq otağında yemək masası və rahatca dincəlmək üçün yumşaq divan dəsti var. Geniş otaqlara sahib bu nömrələrin bəzilərində göl mənzərəli balkon da mövcuddur.

Otağın özəllikləri

Bütün Junior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (vannalı)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Standard Double Şəhərdən kənar gözəl istirahət

Standard Double/Queen (İkinəfərlik) nömrələri şəhərdən aralıda təbiətin qoynunda istirahət etmək istəyənlər üçün sərfəli seçimdir. Standard nömrələrdə göl mənzərəli balkon var ki, bu balkon da bəzi otaqlarda ətrafı açıq, bəzilərində isə şüşəylə örtülüdür.

Otağın özəllikləri

Bütün Standard Double/Queen (İkinəfərlik) nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Standard Twin Təbiətin qoynunda ideal istirahət

Standard Double/Twin (İkinəfərlik) nömrələri sərfəli qiymətə Qəbələ dağlarının ətəyində təmiz dağ havası qəbul edərək dincəlmək istəyənlər üçün ideal seçimdir. Əksəriyyəti müasir Art Deco tərzində dizayn olunmuş bu nömrələr sahib olduğu gözəl təbiət mənzərəsi ilə qonaqlara zövqlü istirahət üçün əlverişli imkan yaradır.

Otağın özəllikləri

Bütün Standard Double/Twin (İkinəfərlik) nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Thermal & Spa Resort Hotel”də tutumları müvafiq olaraq 130 və 80 nəfər olan “Yengicə” və “Meşə” restoranları fəaliyyət göstərir. Otelin həyətində çaya yaxın ağaclıq ərazidə yerləşən “Meşə” restoranı əsasən yay aylarında açıq olur. Bu restoranda Qəbələnin yerli kənd təsərrüfatı məhsullarından hazırlanmış Azərbaycanın ən ləziz milli yeməkləri, dünyanın qabaqcıl mətbəxlərinin ən dadlı təamları və müxtəlif pəhriz menyuları qonaqlara təqdim olunur. Eyni zamanda, qonaqlar otelin kənarında olan Yengicə çayında qurulmuş süni göllərdə yay mövsümündə balıq tuta və manqalda kabab çəkərək bu çayın kənarında tikilmiş köşk-çardaqlarda  piknik edə bilərlər. Bundan başqa 24 saat ərzində fəaliyyət göstərən “Lobby” barında müxtəlif növ içkilərdən dadaraq kaminin yanında gözəl vaxt da keçirmək mümkündür. Spa mərkəzində yerləşən “Vitamin” barı təzə sıxılmış meyvə suları, spirtsiz kokteyllər, bitki çayları və digər dietik qidalar ilə qonaqların xidmətindədir.

Spa və Fitnes

“Qafqaz Thermal & Spa Resort Hotel”də geniş imkanlara malik Spa və fitnes mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə qonaqların mineral sular və Naftalan nefti vasitəsilə müalicə qəbulu üçün lazımi şərait yaradılıb. Bununla yanaşı mərkəzdə üstüqapalı hovuz, sauna, buxar və masaj otaqları, kişilər və qadınlar üçün ayrı Türk hamamı və həmçinin gözəllik salonu imkanları mövcuddur. Bundan başqa qonaqlar ən son idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalında fiziki sağlamlığını bərpa edə və oyun zalında bilyard oynayaraq istirahətə əyləncə qata bilərlər.

Görüşlər

“Qafqaz Thermal & Spa Resort Hotel”də tədbirlərin və görüşlərin keçirilməsi üçün əlverişli şərait mövcuddur. Otelimizdə biri böyük olmaqla ümumilikdə 3 zal fəaliyyət göstərir. Teatr formasında dizayn olunmuş konfrans zalının tutumu 72 nəfərdir və bu zal tədbirlərin keçirilməsi üçün zəruri olan bütün texniki avadanlıqlarla, o cümlədən proyektor, pərdə, mikrofon, səs sistemi və flipçartla təchiz olunub. Digər iclas zallarının tutumu 12 və 15 nəfərdir və bu zallarda da kiçik miqyaslı görüşlərin keçirilməsi üçün tələb olunan müvafiq avadanlıqlar var.