Sİfarİşə başlayın
Qafqaz Tufandag Mountain Resort Hotel
Otel haqqında

“Qafqaz Tufandag Mountain Resort Hotel” Azərbaycanda ən yüksək mövqedə yerləşən oteldir. Beş ulduz standartına sahib otelimiz 2015-ci ildən etibarən fəaliyyət göstərir və burada qış və yay turizmi üçün tam əlverişli şərait yaradılıb. Siz otelimizin yanından keçən kanat xətti vasitəsilə dağ-xizək mərkəzinə gedərək orada doyunca əylənə və həmçinin yüksəkliklərdə yerləşən restoranlarımızın möhtəşəm mənzərəsində müxtəlif təam və içkilərin dadına baxaraq istirahətinizi zövqlü şəkildə reallaşdıra bilərsiniz. Bununla yanaşı otelimiz Qəbələnin bir sıra gəzməli-görməli yerlərinə, o cümlədən Qəbələnd Əyləncə Mərkəzinə yaxın yerləşdiyindən bizi seçən qonaqlarımız geniş istirahət və səyahət imkanlarına sahib olacaqlar.

Ünvan:
Duruca Kəndi, AZ3600 Qəbələ, Azərbaycan
Əlaqə nömrələri:
+994 2420 54383
Elektron ünvan:
info@qafqaztufandaghotel.com
Yerləşmə
  • 2 km mərkəzdən aralı
  • 15 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Superior Single Gözəl dağ mənzərəli nömrələr

Superior Single (Birnəfərlik) nömrələri 1 yataq otağından ibarətdir. Bu nömrələrin əksəriyyətində dağ və ya göl mənzərəli balkon var. 

Otağın özəllikləri

Bütün Superior Double/Twin (İkinəfərlik) nömrələr sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Superior Double Gözəl dağ mənzərəli nömrələr

Superior Double/Twin (İkinəfərlik) nömrələri 1 yataq otağından ibarətdir. Bu nömrələrin əksəriyyətində dağ və ya göl mənzərəli balkon var.

Otağın özəllikləri

Superior Double/Twin (İkinəfərlik) nömrələr sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Junior Suite Dağ mənzərəli geniş nömrələr

Junior Suite nömrələri 1 geniş yataq otağından ibarətdir. Bu otağın bir hissəsi qonaq otağı formasındadır və bu nömrələr yumşaq divan dəsti və iki televizorla təchiz olunub.

Otağın özəllikləri

Bütün Junior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • İki sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Family Suite Dağ mənzərəli nömrələr

Family Suite nömrələri biri geniş olmaqla 2 yataq otağından ibarətdir. Geniş otaqda yataq dəsti ilə yanaşı oturma zonası da mövcuddur.

Otağın özəllikləri

Family Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Tufandag Mountain Resort Hotel”in restoran və barlarında  müxtəlif zövqə uyğun yemək və içkilər təqdim olunur. “Elite” və “Panaroma” restoranlarında Azərbaycanın ən dadlı yeməkləri və dünya mətbəxinin ən çox sevilən təamları qonaqlara təklif olunur. Həmçinin gözəl dağ və göl mənzərəsini tamaşa etməyə imkan verən “Fastfood” restoranı da qonaqların xidmətindədir. Lobbidə yerləşən “Buta” barı 24 saat fəaliyyət göstərir. Yay aylarında otel restoranlarının terrası da qonaqların istifadəsinə verilir və burada siz nahar etməklə yanaşı gözəl dağ mənzərəsini seyr edərək istirahətinizdən hərtərəfli şəkildə zövq ala bilərsiniz. Bundan başqa, qonaqlar kanat xətti vasitəsilə “Qəbələ”, “Duruca” və Azərbaycanda ən yüksəkdə (1920 metr) yerləşən “Chalet Steak & Wine House” restoranına gedərək möhtəşəm dağ mənzərəsində nahar etməyin əvəzsiz zövqünü doyunca yaşaya bilərlər.

Spa və Fitnes

“Qafqaz Tufandag Mountain Resort Hotel”də doyunca istirahət etməklə yanaşı sağlamlığı bərpa etmək üçün də geniş imkanlar mövcuddur. Otelimizin Spa mərkəzi sauna, buxar və masaj otaqları və Türk hamamından ibarətdir. Fərdi və ailəvi şəkildə dincəlmək istəyənlərə VIP Spa xidməti təklif olunur. Otelimizdə peşəkar idman avadanlıqları ilə təchiz olunmuş idman zalı da fəaliyyət göstərir.

Görüşlər

“Qafqaz Tufandag Mountain Resort Hotel”də kiçik miqyaslı görüşlərin keçirilməsi üçün əlverişli şərait yaradılıb. Tutumu 22 nəfər olan iclas otağı ən yeni texnoloji avadanlıqlarla, o cümlədən proyektor, pərdə, mikrofon və səs sistemi ilə təchiz olunub. Burada siz zəruri görüşlərinizi keçirərək biznes fəaliyyətinizi fasiləsiz şəkildə davam etdirə bilərsiniz.