Sİfarİşə başlayın
Qafqaz Yeddi Gozel Hotel
Otel haqqında

“Qafqaz Yeddi Gozel Resort Hotel” Qəbələ şəhərindən bir az aralıda, Vəndam qəsəbəsində yerləşən 3 ulduzlu oteldir. Magistral yolun kənarında müasir üslubda inşa olunmuş otelimiz 2013-cü ildən etibarən fəaliyyət göstərir. Otelin restoran və barı 24 saat qonaqların xidmətindədir. Həmçinin isti yay aylarında otelin həyətində olan köşk-çardaqlar da istifadəyə verilir və burada qonaqların piknik etməsi üçün müvafiq şərait yaradılır. Otelimizdə böyük yığıncaq və məclislərin keçirilməsi üçün də əlverişli şərait mövcuddur. Bundan başqa otelimiz füsünkar təbiətə malik Qəbələ rayonunun əsas gəzməli-görməli yerlərinə, o cümlədən Nohur gölü və Yeddi Gözəl şəlaləsinə yaxın məsafədə yerləşdiyindən rahat istirahətlə yanaşı doyunca səyahət etmək istəyənlər üçün də ideal bir məkandır.

Ünvan:
Vəndam qəsəbəsi, AZ3628 Qəbələ, Azərbaycan
Əlaqə nömrələri:
+994 24 209 17 96
Elektron ünvan:
info@qafqaz7gozelhotel.com
Yerləşmə
  • 5 km mərkəzdən aralı
  • 12 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Standard Double Sərfəli qiymətə qonaqlamaq imkanı

Müasir hotel standartlarına cavab verən Superior Double/Twin (İkinəfərlik) nömrələri sizə şəhərin mərkəzində sərfəli qiymətə qonaqlamaq imkanı təklif edir. Burada siz rahat şəkildə dincələ və hotelin geniş imkanlarından yararlanaraq istirahətinizdən doyunca zövq ala bilərsiniz.

Otağın özəllikləri

Standard Double (İkinəfərlik) nömrələri size aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Standard Twin Şəhərə yaxın məkanda istirahət

Standard Double/Twin (İkinəfərlik) nömrələri şəhər mərkəzinə yaxın ərazidə və əsas magistral yolun üzərində yerləşən bir hoteldə sərfəli qiymətə gecələmək istəyənlər üçün ideal seçimdir. Bu nömrələrin əksəriyyətində dağ və hovuz mənzərəli balkon var. 

Otağın özəllikləri

Bütün Superior Double/Twin (İkinəfərlik) nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Family Suite Ailəli qonaqlar üçün geniş nömrələr

Family Suite nömrələrinin bir qismi 1 geniş yataq otağı və 1 qonaq otağından, digər qismi isə 2 yataq otağı və 1 qonaq otağından ibarətdir. Bu nömrələrin hamısında yemək masası var. Bundan əlavə Family Suite nömrələrinin bir hissəsində dağ və hovuz mənzərəli balkon da mövcuddur. 

Otağın özəllikləri

Bütün Family Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Junior Suite Geniş nömrələrdə dincəlmək imkanı

Junior Suite nömrələri 1 yataq otağı və 1 qonaq otağından ibarətdir. Geniş sahəyə malik bu nömrələrin əksəriyyətində dağ və hovuz mənzərəli balkon var.

Otağın özəllikləri

Bütün Junior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Yeddi Gozel Resort Hotel”də tutumu müvafiq olaraq 80 və 30 nəfərlik “Yengicə” restoranı və “Tüntül” barı 24 saat fəaliyyət göstərir. Bundan başqa ilin isti aylarında otelimizin həyətində “Nohur gölü” restoranı və “Snack” barı istifadəyə verilir. Həmçinin otelimizdə 250 nəfərlik tutuma malik “Yeddi Gözəl” restoranı da ilboyu fəaliyyətdədir və bu restoran əsasən toy, banket və iclaslar üçün istifadə olunur.

Spa və Fitnes

“Qafqaz Yeddi Gozel Resort Hotel”də rahat istirahətlə yanaşı sağlamlığın bərpası üçün ilkin tələblərə cavab verən müvafiq şərait yaradılıb. Qonaqlar ilin hər fəsli işlək olan sauna xidmətindən və müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes mərkəzindən yararlana bilərlər. Otelimizin həyətində böyüklər və azyaşlılar üçün iki ayrı hovuz fəaliyyət göstərir. Yalnız yay fəslində açıq olan bu hovuzlarla yanaşı otelimizin həyətində olan voleybol və stolüstü tennis meydançaları da yenə ilin isti aylarında qonaqların istifadəsinə verilir.

Görüşlər

“Qafqaz Yeddi Gozel Resort Hotel”də iri miqyaslı tədbirlərin keçirilməsi üçün gərəkli şərait mövcuddur. “Yeddi Gözəl” restoranında 200 nəfərədək olan yığıncaqların keçirilməsi mümkündür. “Yeddi Gözəl” restoranı sifariş əsasında tələblərə uyğun şəkildə hazırlanır və həmçinin bu görüş yeri tədbirin səmərəli təşkili üçün lazım olan bütün texniki avadanlıqlarla, o cümlədən proyektor, pərdə, monitor, mikrofon, səs sistemi və flipçartla təchiz olunur.