Restoranlar

“Qafqaz” otellərində qonaqlara dünya mətbəxinin ən çox sevilən təamları ilə yanaşı Azərbaycanın milli mətbəxinin ən dadlı yeməkləri təqdim olunur. Yeməklər əsasən yerli kənd təsərrüfatı məhsullarından hazırlanır. Müxtəlif çeşiddə yemək və içkilərin təklif olunduğu otel restoranlarında qonaqlar ən ləziz təamları dada və masa ətrafında yaxınları ilə bir araya gələrək xoş vaxt keçirə bilərlər. Əlamətdar günləri kollektiv şəkildə qeyd etmək istəyən qonaqlar üçün də otellərimizdə lazımi şərait mövcuddur. “Qafqaz” otellərində 24 saat açıq olan barlarla yanaşı Spa mərkəzlərində yerləşən və müxtəlif növ meyvə şirələrinin təqdim olunduğu Vitamin barlar da daim qonaqların xidmətindədir. 

Bizim restoranlar