Ümumi sahəsi 16-18 kvadrat metr olan bu otaqlar tək və ya iki nəfərlik istirahət üçün nəzərdə tutulmuşdur. Otelin 2-ci, 3-cü və 4-cü mərtəbələrində yerləşən standart otaqlardan həm dağ həm də otelin gözəl bağçasına mənzərə açılır.
Bu otaqlar Standart single A otaqlar ilə eyni xüsusiyyətlərə sahibdirlər. İki ayrı yataqların olması ilə fərqlənən bu otaqlar gözəl istirahət üçün hər cür imkan yaradır.
Bu otaqlar Standard single A otaqlar ilə eyni xüsusiyyətlərə malikdirlər sadəcə 26-30 kvadrat metr otaq sahəsi olmaqla daha geniş olurlar.
Standart single B otaqlar ilə eyni keyfiyyətə sahib olan bu otaqlar sadəcə iki ayrı yataqların olması ilə fərqlənirlər.
Bu geniş suitlər, son dərəcə rahatlığı sevənlər üçün bir yataq və bir qonaq otağı olması ilə seçilirlər. Qonaq otağı dost və ya ailə yiğıncaqlarının təşkili üçün rahat mebel ilə təchiz olunmuşdur.
Junior Suite otaqlar ilə eyni şəraitə malik olan bu otaqlar sadəcə iki ayrı yatağın olması ilə fərqlənirlər.
Geniş və rahat ailəvi istirahət sevənlər üçün Family Suite otağı ən doğru seçimdir. Bir yataq otağı və əlavə qonaq otağına sahib olan bu otaqlar sizə unudulmaz istirahət imkanı yaradacaq.
Qafqaz Karvansaray oteli xüsusi qayğıya ehtiyacı olan qonaqlarımız üçün xüsusi şəkildə təchiz olunmuş otaq təklif edir. Bu otaqlar ən son əlil avadanlıqları ilə təmin edilərək qonaqlarımızın tam sərbəst otaqda hərəkət etməsinə şərait yaratmaqdadır.