Standard Single (Birnəfərlik) nömrələr sərfəli qiymətə gecələmək istəyənlər üçün ideal seçimdir. Bir otaqdan ibarət bu nömrələrdə kreslo və balaca jurnal masasının da olduğu kiçik oturma zonası da var.
Superior Double (İkinəfərlik) nömrələri geniş otaqlarda iki nəfərlik gecələmək istəyənlərə əlverişli şərait təqdim edir. Bir geniş otaqdan ibarət bu nömrələrdə kreslo və balaca jurnal masasının olduğu oturma zonası da var. Bu nömrələrin bəzilərində hamam otağı sadəcə vannalı, bəzilərində isə həm vannalı, həm də duş kabinəlidir.
Bu tip otaqlar daha genişdir və ailəli istirahət etmək istəyənlər üçün idealdır. Superior otaqlarda maksimum yerləşmə 3 nəfər nəzərdə tutulmuşdur.
Bu tip otaqlar daha genişdir və ailəli istirahət etmək istəyənlər üçün idealdır. Superior King otaqlardan fərqli olaraq burada iki ayrı çarpayı vardır və otaqlarda maksimum yerləşmə üç nəfər nəzərdə tutulmuşdur.
Yataq otağı ilə yanaşı, oturma və istirahət ərazisi olan bu otaqlar maksimum komfort və genişlik arzu edənlər üçün nəzərdə tutulmuşdur. Geniş yataq otağı və rahat yumşaq mebellərlə təchiz edilmiş qonaq otağı qonaqlara maksimum rahatlıq təmin edəcəkdir.
Yüksək komfortluluğu və lüks istirahəti sevənlər üçün təqdim olunan Deluxe Suite otaq otelimizdə cəmi bir ədəddir. Bu otaq ayrı yataq və istirahət otaqları, iki ədəd vanna otağı və 95 kvadrat metrlik geniş sahəsi ilə əsl rahatlıq vəd edir.