Standard Single (Birnəfərlik) nömrələri Bakı şəhərinin mərkəzində sakit bir məkanda sərfəli qiymətə gecələmək istəyənlər üçün ideal seçimdir. Bir otaqdan ibarət bu nömrələrdə kreslo və balaca jurnal masasının olduğu kiçik oturma zonası da var.
Superior Double (İkinəfərlik) nömrələri Bakı şəhərinin mərkəzində geniş otaqlarda gecələmək istəyənlərə əlverişli şərait təqdim edir. Bir geniş otaqdan ibarət bu nömrələrdə kreslo və balaca jurnal masasının olduğu oturma zonası da var. Bu nömrələrin bəzilərində hamam otağı sadəcə vannalı, bəzilərində isə həm vannalı, həm də duş kabinəlidir.