Əzəmətli Qafqaz dağlarının yamacında Dəmiraparan çayının kənarında 20 hektarlıq möhtəşəm yaşıllıqlar içərisində yerləşən Qafqaz Riverside Oteli əsl dəbdəbənin bariz nümunəsidir. Qəbələ şəhər mərkəzində yerləşən otel bir tərəfdən Tufandağ Qış-Yay turizm kompleksi, digər tərəfdən isə Qəbələnd əyləncə mərkəzi ilə əhatələnmişdir. Lüks interyerin maksimum komfort və ecazkar təbiətlə qovuşduğu bu otel müxtəlif kateqoriyalı otel otaqları ilə yanaşı, fərdi istirahəti sevənlər üçün müxtəlif otaqlı koteclər və villalar da təklif edir.
Ünvan, İsmayıl bəy küçəsi, Qəbələ, Azərbaycan, AZ1038
Qəbələ şəhər mərkəzindən otelə qədər məsafə
4 km
Heydər Əliyev Beynəlxalq Aeroportundan otelə qədər məsafə239 km
Qəbələ Beynəlxalq aeroportundan otelə qədər olan məsafə25 km
Bakı Beynəlxalq avtovağzalından olan məsafə205 km
Qəbələ avtovağzalından olan məsafə7 km
Superior King
35 kvadrat metrlik geniş Superior King otaqlar tək yataq otaqlı və yumşaq mebellə təchiz edilmişdir. Otaqların bəziləri dağ mənzərəli bəziləri isə şəhər mənzərəlidir.
Superior Twin
Superior Kinq otaqlarla eyni sahəyə malik olan bu otaqlar iki ayrı çarpayı ilə təchiz edilmişdir. Ailəvi və ya dostlarla istirahət etmək üçün bu otaqlar əla seçimdir.
Junior Suite
Frenç tipli kiçik balkona sahib bütün Junior Suite nömrələrində yataq otağı ilə yanaşı qonaq otağı da var. Kiçik ailələr üçün ideal qonaqlama xidməti təqdim edən bu nömrələrdə qonaqların rahat dincəlmələri üçün cakkuzi və ...
Dublex Suite
Hər mərtəbəsində ayrıca yataq otağı, qonaq otağı və duş kabinli sanitar qovşağa sahib bu nömrələr geniş ailə şəklində qonaqlamaq istəyənlər üçün tam əlverişli şərait təqdim edir. Qəbələ dağlarının gözəl mənzərəsinə sahib bu nömrələrdə siz ailəvi şəkildə rahatca din...
King Suite
Dəbdəbəli istirahəti sevən qonaqlarımız üçün Kinq otaqlar ideal seçimdir. 150 kvadrat metrlik bu otaqlarda geniş qonaq otağı, 1 ədəd yataq otağı və biznes və ya yığıncaqların həyata keçirilməsi üçün geniş ərazi vardır. Otelin Spa mərkəzindən Kinq ot...
1 Yataq Otaqlı Kottec
Fərdi istirahəti sevənlər üçün Qafqaz Riverside otelinin 20 hektara yaxın yaşıllığı əhatə edən həyətyanı sahəsində koteclər fəaliyyət göstərir.Bir yataq otaqlı koteclər 85 kvadrat metrlik ərazini əhatə edir burada bir yataq otağı və bir geniş qonaq otağı vardır. Qonaq otağın...
2 Yataq Otaqlı Kottec
İki yataq otaqlı koteclər bir yataq otaqlı koteclərlə eyni dizayna malik olmaqla sadəcə iki yataq otağının olması ilə fərqlənirlər. Bu koteclərin ümumi sahəsi 102 kvadrat metrdir. İki yataq otaqlı koteclərdə canlı kamen, mətbəx və veranda vardır.
...
3 Yataq Otaqlı Kottec
Üç yataq otaqlı koteclər 120 kvadrat metrlik sahəni əhatə edir. Bu koteclər üç yataq otağı, içində kamen olan bir qonaq otağı, mətbəx və verandadan ibarətdir.
Qəbələ Restoranı
Klassik qəhvəyi tonların ahəngində tərtib olunmuş Qəbələ restoranı Qafqaz Riverside Otelinin qonaqlarına yay mövsümündə səhər və şam yeməkləri, qış mövsümündə isə səhər yeməyi təklif edir. Qəbələ Restoranında otelimizin qonaqları həm Azərbaycan mətbəxi həm də Aralıq ...
Brasserie A La Carte Restoranı
Qafqaz Riverside Otelinin ikinci mərtəbəsində yerləşən Brasserie restoranı otelimizin qonaqları üçün günorta və axşam yeməkləri təqdim edir. 100 nəfərlik Brasserie Restoranının xüsusi tədbirləri keçirmək məqsədilə 12-14 nəfəri əhatə edən VİP otağı da fəaliyyət g&...
Meşə Restoranı
Təbiət qoynunda meşəlik ərazidə salınan Meşə Restoranı qonaqlarımıza canlı kabab və manqal ziyafəti yaşatmaq üçün yaradılmışdır. Burada Azərbaycanın həmçinin Qəbələ mətbəxinə xas olan bir çox kabab növləri canlı hazırlanaraq qonaqlara təklif edilir. Restoran ya...
Kamin Bar
Qafqaz Riverside Otelinin lobbisində yerləşən Kamin Bar 24 saat qonaqlarımız üçün müxtəlif alkoqollu və alkoqolsuz içkilər, şirniyyat və çərəzlər, sendviç və isti qəlyənaltılar təklif edir. Həzin fon musiqisi isə istirahətinizə rəng qatacaq. Siqar sevən ...
Shisha Bar
Klassik ərəb üslubunda dizayn edilmiş Shisha Bar Qafqaz Riverside Otelinin birinci mərtəbəsində yerləşir. Yerdən düzülmüş oturacaqlarda qəlyan mütəxəssislərinin hazırladığı məftunedici qəlyanlardan dadmaq və şərq abu-havasını hiss etmək mümkün olacaqdır. Shisha ...
Hovuzkənarı Bar
Qızmar yay istisində açıq hovuz ətrafında günəşlənərkən Qafqaz Riverside otelinin hovuz kənarındakı barı sərinləşdirici içkilərlə könlünüzü oxşayacaqdır. Hovuz ətrafında sərinləşdirici kokteyllər və müxtəlif soyuq qəlyənaltılar dadmaq üç&uum...
Qafqaz Riverside Oteli təbiət qoynunda istirahətlə yanaşı sağlamlığınızın yenilənməsi və dəstəklənməsi üçün geniş SPA ərazisi və Fitnes zalı təqdim edir. Otelin spa mərkəzində açıq və qapalı geniş hovuz, türk hamamı, sauna və masaj otaqları mövcuddur. Spa Mərkəzində klassik masajla yanaşı Bali masajı, hind masajı, cütlüklər üçün masaj və digər prosedurlarla yanaşı salon xidmətləri və hamam xidmətləri də qonaqlarımıza təqdim edilir. Fərdi spa xidmətlərindən istifadə etmək istəyənlər üçün isə VİP SPA mərkəzindən istifadə edə bilərlər. Spa mərkəzinin daxilində yerləşən idman zalı isə ən son idman avadanlıqları ilə təchiz edilmişdir. Burada həmçinin fərdi məşqlər üçün xüsusi məşqçi də qonaqlarımıza yardımçı ola bilər.
İş saatları: 09:00-23:00
Konfrans Zalı 1
Qafqaz Riverside Otel sizə konfrans və iclaslarınızı keçirmək üçün bütün zəruri imkanları təklif edir. Konfrans zalı 1 170 kv metr sahəsi ilə 150 nəfərlik tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Konfrans zalda proyektor, ekran, LCD monitor, flip chart, mikrofonlar, sinxron tərcümə avadanlığı, mini kinoteatr mövcuddur. Qafqaz Riverside otel tədbirlərinizi peşəkarcasına təşkil edəcək.
Konfrans Zalı 2
Qafqaz Riverside Otel sizə konfrans və iclaslarınızı keçirmək üçün bütün zəruri imkanları təklif edir. Konfrans zalı 2 120 kv metr sahəsi ilə 40 nəfərlik tədbirlərin keçirilməsi üçün bütün imkanları yaradır. Konfrans zalda proyektor, ekran, LCD monitor, flip chart, mikrofonlar, sinxron tərcümə avadanlığı, mini kinoteatr mövcuddur. Qafqaz Riverside Otel tədbirlərinizi peşəkarcasına təşkil edəcək.
Konfrans Zalı 3
Qafqaz Riverside Otel sizə konfrans və iclaslarınızı keçirmək üçün bütün zəruri imkanları təklif edir. Konfrans zalı 3 70 kv metr sahəsi ilə 25 nəfərlik tədbirlərin keçirilməsi üçün əlverişli şərait malikdir. Konfrans zalda proyektor, ekran, LCD monitor, flip chart, mikrofonlar, sinxron tərcümə avadanlığı, mini kinoteatr mövcuddur. Qafqaz Riverside Otel tədbirlərinizi peşəkarcasına təşkil edəcək.
Konfrans Zalı 4
Qafqaz Riverside Otel sizə konfrans və iclaslarınızı keçirmək üçün bütün zəruri imkanları təklif edir. Konfrans zalı 4 25 kv metr sahəsi ilə 40 nəfərlik tədbirlərin keçirilməsi üçün sizi lazımı avadanlıqlarla təmin edir. Konfrans zalda proyektor, ekran, LCD monitor, flip chart, mikrofonlar, sinxron tərcümə avadanlığı, mini kinoteatr mövcuddur. Qafqaz Riverside Otel tədbirlərinizi peşəkarcasına təşkil edəcək.
Biliard
Otelimizin ikinci mərtəbəsində yerləşən Oyun zalında bilyard stolu (rus bilyardı, amerikan bilyardı və üç top bilyardı) fəaliyyət göstərir. Oyun zalı Qafqaz Riverside Otelinin qonaqları üçün pulsuz fəaliyyət göstərir.
Biliard
Otelimizin ikinci mərtəbəsində yerləşən Oyun zalında bilyard stolu (rus bilyardı, amerikan bilyardı və üç top bilyardı) fəaliyyət göstərir. Oyun zalı Qafqaz Riverside Otelinin qonaqları üçün pulsuz fəaliyyət göstərir.
Stolüstü Oyunlar
Qafqaz Riverside Otelinin ikinci mərtəbəsində yerləşən oyun zalımızda müxtəlif stolüstü oyunlar qonaqlara təklif olunmaqdadır. Burada play station, nərd, domino, şahmat və digər stolüstü oyunlardan ödənişsiz istifadə etmək mümkündür. Stolüstü oyunlar Qafqaz Rievrside otelinin qonaqları üçün ödənişsiz, digər qonaqlar üçün isə 1 saatı 12 AZN-dir.
Stolüstü Oyunlar
Qafqaz Riverside Otelinin ikinci mərtəbəsində yerləşən oyun zalımızda müxtəlif stolüstü oyunlar qonaqlara təklif olunmaqdadır. Burada play station, nərd, domino, şahmat və digər stolüstü oyunlardan ödənişsiz istifadə etmək mümkündür. Stolüstü oyunlar Qafqaz Rievrside otelinin qonaqları üçün ödənişsiz, digər qonaqlar üçün isə 1 saatı 12 AZN-dir.
Disko Klub
Qafqaz Riverside Otelinin tərkibində yerləşən Qafqaz Disko Klubu həm otel qonaqları həm də digər qonaqlar üçün fəaliyyət göstərir. Hər həftə cümə, şənbə və bazar günü klubumuzda karaoke və disko fəaliyyət göstərir.
Karaoke başlama saatları: 21:30- 23:00-dək
Disko: 23:00-03:00
Disko Klub
Qafqaz Riverside Otelinin tərkibində yerləşən Qafqaz Disko Klubu həm otel qonaqları həm də digər qonaqlar üçün fəaliyyət göstərir. Hər həftə cümə, şənbə və bazar günü klubumuzda karaoke və disko fəaliyyət göstərir.
Karaoke başlama saatları: 21:30- 23:00-dək
Disko: 23:00-03:00