Füsunkar Yengicə meşəsinin tam ortasında, yaşıllıqlarla əhatə olunmuş Qafqaz Thermal otel Qəbələ də müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir. Bu otelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. Tarixi araşdırmalar kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi bərpaedici təsirini sübut etmişdir. Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Mənbəyi otel ərazisində yerləşən bu mineral sudan Qafqaz Thermal otelinin sağlamlıq mərkəzində termal vannalar şəklində istifadə olunur. Bundan əlavə olaraq Qafqaz Thermal oteldə naftalan nefti ilə müalicə prosedurlarıda mövcuddur. Qafqaz Thermal oteli unikal istirahət imkanları ilə yanaşı Naftalan neftinin və mineral suyun şəfaverici xüsusiyyətlərini və müasir standartlara əsaslanan otelçilik ənənələrini qonaqlarımıza təqdim edir. Otelimizdə spa mərkəz,i idman salonu, qapalı hovuz ,restoran və bar istirahətinizi səmərəli şəkildə tamamlamağa kömək edəcəkdir. Mineral suyun müalicə etdiyi xəstəliklər: sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və s. Naftalan neftinin müalicəvi xüsusiyyətləri:dəri xəstəlikləri , nevroloji xəstəliklər, dayaq hərəkət sistemi xəstəlikləri, ginekoloji və uroloji xəstəllikləri, burun-boğaz, stomatoloji və ürək damar xəstəlikləri.
Möhtəşəm Yengicə meşəsinə açılan mənzərəsi ilə Qafqaz Thermal otelinin qonaq otaqları sizə əsl mənəvi istirahət yaşadacaqdır. Geniş və müasir tonlarda dizayn edilmiş otaqlar həm fərdi həm də ailəvi istirahət üçün əlverişlidir. Standard single (birnəfərlik) otaqla...
Standart Single otaqlarla eyni funksionallığa malik iki nəfərlik bu otaqlar nisbətən daha geniş ərazini əhatə edir. Ümumilikdə 43 kvadrat metrlik ərazini əhatə edən Standart Double otaqlar iki ayrı çarpayı ilə təchiz edilmişdir. Otaqlar həmçinin rahatlığınızı təmin etmək ü...
Möhtəşəm mənzərəli Junior suite otaqlar geniş yataq otağı və qonaq otağından ibarətdir. Təbiət qoynunda istirahət arzusunda olan qonaqlarımız üçün Junior Suite otaqlar ideal seçim olacaqdır. Bu kateqoriyalı otaqların ümumi sahəsi 70 kvadrat metrdir. Bu tip otaqla...
Dəbdəbəli istirahəti sevənlər üçün art deko üslubunda dizayn edilmiş Kinq otaq Qafqaz dağlarının ətəyində unudulmaz anlar yaşamaq üçün tərtib edilmişdir. 450 kvadrat metrlik çox geniş sahəni əhatə edən Kinq otağın ümumilikdə iki yataq otağı, spa ...
Yengicə meşəsinin daxilində taxta evlərdən hazırlanmış koteclər qonaqlarımıza unudulmaz istirahət vəd edir. Geniş həyətyanı sahəsi, qonaq otağı və yataq otağı olan bu koteclər ailə və yaxın dostlarla təbiətin dadını çıxarmaq üçün unikaldır. Koteclər oteldən bir qədər kənar...
Meşə qoynunda, quşların səsi ilə oyanmaq istəyirsinizsə iki yataq otaqlı koteclər məhz sizin üçündür. Geniş qonaq otağı və iki ədəd yataq otağı olan bu kateqoriyalı koteclərdə dörd nəfər rahatlıqla qonaqlaya bilər. Koteclərin həyətlərində yerləşdirilmiş manqal qurğuları...
Yengicə meşəsinə açılan möhtəşəm mənzərəsi ilə Yengicə Terrası yaz və yay aylarında dağ havasının müşayətində yemək yemə zövqü yaşamağınıza səbəb olacaqdır. Açıq havada peşəkar ustalarımızın hazırladığı ləziz yeməklər sizə unudulmaz anlar yaşadacaqdır. Bundan əla...
Otelin girişində yerləşən Lobbi Barda vaxtınızı sakit bir mühitdə keçirmək üçün bütün şərait vardır. Lobbi Barda kofe çeşidləri, çay, şirniyyat, kokteyllər və digər içki növləri kaminin ətrafında sizə peşəkar barmenlərimiz tərəfində...
Otelimizin birinci mərtəbəsində yerləşən Yengicə Restoranı unikal atmosferi ilə qonaqlarımıza günün istənilən saatı xidmət göstərmək ixtiyarındadır. Yengicə restoranı əsasən milli və Aralıq dənizi mətbəxinin sevilən təamlarını qonaqlarımıza təklif etməkdədir. Restoranın 16 nəfərlik...
Ayrıca sağlamlıq və spa mərkəzi olan Qafqaz Thermal oteli alternativ müalicə və masaj prosedurları ilə qonaqlarımıza əsl rekreasiya təcrübəsi yaşadacaqdır. Unikal Yengicə mineral suyunun və naftalan neftinin müalicəvi gücünü sağlamlıq mərkəzində təklif edilən vanna prosedurları ilə təcrübə edə bilərsiniz. Yüzillər boyu istifadə olunan təbii müalicə vasitəsi və şəfa gətirən bu möcüzəvi su müasir tibbin köməyi ilə insanlara rahatlıq və sağlamlıq verir. Yalnız Azərbaycanda çıxan Naftalan nefti ilə müalicə spa mərkəzimizdə mümkündür. Neftin unikal tərkibi bədəndə olan toksinlərin çıxmasını təmin edərək müalicəvi təsir edir. Spa mərkəzimizdə peşəkar işçi heyəti sizin rahat və qayğısız şəraitdə istirahət etməyinizi təmin edəcəkdir. Bura ayrı-ayrılıqda masaj kabinələri, gözəllik salonu müalicə və rahatlığın birləşdiyi gözəl məkandır. Sağlamlıq Mərkəzində xanımlar və bəylərin rahatlıqla istirahəti üçün xanımlar ayrı, bəylər ayrı Türk hamamı, sauna və buxar hamamları fəaliyyət göstərir. Oteldə qapalı hovuz mövcuddur. Ən son idman avadanlıqları ilə təmin edilmiş idman zalımız idman sevərlər üçün gün boyu fəaliyyət göstərir.
İş saatları: 09:00-23:00
Hovuz
Bali masaj
Həkim konsultasiyası
Yengicə İstisu terapiyası
Naftalan vannası
❮
❯
Yengicə Konfrans Zalı
Qafqaz Thermal otelində 72 nəfər üçün nəzərdə tutulmuş universal bu zal böyük tədbirlərin keçirilməsinə imkan yaradır. Yengicə konfrans zalı müxtəlif görüşlər və tədbirləri peşəkarcasına təşkil etmək üçün ən son texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Eləcədə konfrans zalının sinxron tərcümə kabineti də mövcuddur. Yengicə konfrans zalı boardroom stilində 30 nəfər, teatral üslubda 72 nəfər, sinif otağı üslubunda 35 nəfər və U shape üslubunda isə 25 nəfəri yerləşdirmə funksiyasına malikdir.
Sağlam həyat tərzini seçənlər üçün Yengicə meşəsinin tam ortasında təbiətlə ahəngdə yoqa fəaliyyəti tam bir istirahət olacaqdır. Yoqa instruktorumuz ilə həm fərdi həm də qrup yoqa dərslərinə qoşula bilərsiniz. Əvvəlcədən rezervasiya mütləqdir.

Fərdi yoqa dərsi: 50 AZN
Qrup yoqa dərsi: 30 AZN
Balıq Ovu
Qafqaz Thermal Otelinin həyətyanı sahəsində yerləşən geniş Yengicə gölündə Qafqaz regionuna məxsus xüsusi balıq çeşidləri yetişdirilməkdədir. Balıq ovlamaq istəyən qonaqlarımız oteldən xüsusi avadanlıqlar kirayələrək balıq ovlaya bilərlər. Ovlanmış balıqları Yengicə Restoranına təqdim edə bilərlər. Baş Aşpazımız isə öz növbəsində balığı öz dəsti xətti ilə bişirib sizə təqdim edəcəkdir.
Balıq Ovu üçün avadanlıq kirayəsi- 10 AZN (yarım gün)

Açıq Havada Qutab Səfası
Yengicə meşəsinin tam ortasında yerləşən Qafqaz Thermal Otelinin meşəlik ərazisində quraşdırılmış Qutab guşəsi sizə yerli qutab çeşidlərindən dadmağa imkan yaradacaqdır. Yerində isti-isti hazırlanan qutabın ətri sizə kənd abu-havası yaşadacaqdır.

Velosipedlə Gəzinti
Sağlam həyat tərzi yaşayan qonaqlarımız üçün otelin ərazisində yerləşdirilmiş velosipedlərlə Yengicə meşəsində gəzintiyə çıxa bilərsiniz. Ən son model velosipedlərimiz həm böyüklər həm də balaca qonaqlarımız üçün nəzərdə tutulmuşdur. Əgər velosiped sürməyi bilmirsinizdə və öyrənmək istəyirsinizdə o zaman otel heyyəti sizə yardımçı olacaqdır.
Velosipedlə gəzinti: 30 dəqiqə (5 AZN), 1 saat (10 AZN)

Uşaq Baxçası
Otelimizin həm qapalı həm də açıq havada yerləşən uşaq klubunda balaca qonaqlarımız gün boyu əylənə bilər. Geniş ərazidə uşaqlar üçün oyuncaqlar, kino seyr etmək üçün avadanlıqlar vardır. Həmçinin istirahətiniz zamanı uşaqlarınızı ödənişsiz olaraq bizim dayələrimizə etibar edə bilərsiniz

Biliard
Otelimizin xüsusi amerikan bilyardı olan otağında yaxınlarınız ilə vaxt keçirə bilərsiniz. Otel qonaqları üçün ödənişsiz olan bilyard zalı, digər Qafqaz otellərinin qonaqları üçün isə ödənişlidir.
Digər Qafqaz otellərinin qonaqları üçün 30 dəqiqə 5 AZN, 1 saat 10 AZN.

Stolüstü Tennis
Stolüstü tennis həvəskarları üçün Qafqaz Thermal Otelində istirahət əsl əyləncəyə çevriləcək. Tennis otağımızda öz yaxınlarınızla gün boyu oyun oynaya bilərsiniz. Tennis oyunu Qafqaz Thermal otelinin qonaqları üçün ödənişsiz, digər Qafqaz otellərinin qonaqları üçün isə ödənişlidir.
Digər Qafqaz Otellərinin qonaqları üçün 30 dəqiqə 5 AZN, 1 saat 10 AZN

Voleybol meydançası
İsti havalarda açıq havada əylənmək istəyənlər üçün təmiz Yengicə meşəsinin havası ilə müşayiət olunan açıq hava voleybol oyunu könlünüzcə olacaq. İstər komanda şəklində, istər sə də ailə üzvlərinizlə ödənişsiz əyləncədən zövq ala bilərsiniz.

Katamaranla Gəzinti
Yengicə gölünün ətrafında quşların səsinə qulaq asmaq, balıq ovlamaqla yanaşı katamaranla gölün ərazisində gəzmək mümkündür. İki nəfərlik və dörd nəfərlik katamaranlardan istifadə edərək ətraf gözəllikləri seyr etmək sizə xoş anlar yaşadacaqdır.