Qafqaz Baku City Hotel & Residence 325 otaq  təklif edən ən yeni otellərdən biridir. Otel müasir və dəbli otaqları ilə rahat istrahət təklif edir! QafqaZ Hotel & Residence 2012-ci ildə acılıb və Bakıda yerləşən ən böyük otellərdən biri sayılır. Otel 19 mərtəbədən ibarətdir və yuksəklikdə yerləşən otaqlardan qonaqlar Bakının möhtəşəm panoramasından həzz almaq imaknı əldə edirlər. QafqaZ Baku City Hotel & Residence Star Light və Spa mərkəz ilə qonaqlarına hər cür rahatlıq yaratmaq iqtidarındadır.


Tbilisi pr. 34, AZ1122 Bakı, Azərbaycan

Standard Single

Standard Single (Birnəfərlik) nömrələri Bakı şəhərinin mərkəzində ev rahatlığına malik hotel şəraitində gecələmək istəyənlər üçün ideal seçimdir. Çoxmərtəbəli hotel binasının hər mərtəbəsində mövcud olan və bir otaqdan ibarət olan bu ...

Standard Double

Relax in one of the x hotel’s beautifully appointed guest rooms, designed to provide you with the ultimate night’s rest. The room includes comfortable new beds, plush duvets, luxurious sheets and comfortable pillows.

Standard Twin

Standard Double/Twin nömrələri Bakı şəhərinin mərkəzində sərfəli qiymətə gecələmək istəyən cütlüklər üçün ideal seçimdir. Bir otaqdan ibarət olan bu nömrələr hotel binasının hər mərtəbəsində yerləşir. Şəhər mənzərəsinə sahib bu nömrələrdə qonaqlara...

Executive Suite

Executive Suite nömrələri yüksək hotel standartlarına və imkanlarına malik geniş otaqlarda gecələmək istəyənlər üçün ideal seçimdir. Bu nömrələr 1 yataq və 1 qonaq otağından ibarətdir. Böyük genişliyə malik qonaq otağı yumşaq divan dəsti və jurnal ...

Junior Suite

Junior Suite nömrələri Bakı şəhərinin mərkəzində geniş otaqlarda gecələmək istəyən ailələr üçün münasib şərait təqdim edir. Hotelin bütün mərtəbələrində olan bu nömrələr 1 yataq və 1 qonaq otağından ibarətdir. Qonaq otağında divan də...

Superior Twin

Superior Double/Twin (İkinəfərlik) nömrələri Bakı şəhərinin mərkəzində geniş otaqlarda gecələmək istəyənlər üçün ideal şərait təqdim edir. Şəhər mənzərəsinə malik bu nömrələr hotel binasının bütün mərtəbələrində mövcuddur. Bəzilərind...

“Qafqaz Baku City Hotel & Residences”da siz Azərbaycanın ən ləziz yeməkləri ilə yanaşı dünya mətbəxinin ən çox sevilən təamlarını dada bilərsiniz. Otel binasının 2-ci mərtəbəsində yerləşən və 350 nəfərlik tutuma malik “Metropol” restoranında qonaqlara zəngin çeşidə malik səhər yeməyi verilir. Burada xüsusi sifariş əsasında nahar və şam etmək də mümkündür. Otelin girişində yerləşən “Lobby” barı 24 saat fəaliyyət göstərir və burada yüngül yeməklərlə yanaşı müxtəlif zövqlərə uyğun içkilər təqdim olunur. Nahar və şam yeməkləri əsasən otelin 18-ci mərtəbəsində yerləşən və 130 nəfərlik tutuma malik “Shamdan” restoranında təklif olunur. Bu restoranın dəniz mənzərəli terrası isti yay aylarında açıq olur. Həmçinin burada tutumu 70 nəfər olan kiçik “Shamdan VIP” banket zalı da mövcuddur. Ən yuxarıda - 19-cu mərtəbədə yerləşən və 50 nəfərlik  “Star Light” barı ancaq xüsusi sifariş əsasında istifadəyə verilir.

“Qafqaz Baku City Hotel & Residences”da gözəl istirahətlə yanaşı sağlamlığın bərpası üçün də ideal şərait var. Otel binasının 16-cı mərtəbəsində yerləşən Spa mərkəzi sauna, buxar və Türk hamamları, 2 ədəd geniş cakuzi və üzərində uzanmaq üçün nəzərdə tutulan müalicəvi əhəmiyyətli qızdırılmış daşların olduğu platformadan ibarətdir. Bundan başqa, Spa mərkəzində təzə meyvələrdən hazırlanmış təbii şirələrin təqdim olunduğu “Vitamin” barı da fəaliyyət göstərir. Həmçinin burada sadəcə sauna, cakuzi və buxar hamamından təşkil olunmuş xüsusi VIP Spa xidməti də mövcuddur. Bundan başqa, “Technogym” brendinin ağıllı fitnes avadanlıqları ilə təchiz olunmuş idman zalı da qonaqların xidmətindədir. Burada fitneslə məşğul olarkən bu avadanlıqlar vasitəsilə həm də internetdə gəzinmək mümkündür. 

“Qafqaz Baku City Hotel & Residences”da işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün əlverişli şərait mövcuddur. Tutumu 80 nəfərlik olan “Qəbələ” konfrans zalı tədbirlərin reallaşdırılması üçün tələb olunan zəruri texniki avadanlıqlarla, o cümlədən proyektor, böyük ekran, mikrofon, səs sistemi və iki ədəd tərcüməçi kabinəsi ilə tam təchiz olunub. Həmçinin 15 nəfərlik iclas zalında kiçik miqyaslı görüşlərin keçirilməsi üçün lazım olan müvafiq şərait də yaradılıb.