Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən beş ulduzdu Qafqaz Sport Oteli Qəbələ şəhər mərkəzindən bir neçə dəqiqəlik məsafədə, müxtəlif idman obyektlərinin cəmləşdiyi ərazidə yerləşir. Böyük yaşıllıq ərazini əhatə edən dəbdəbəli otel həm otel otaqları həm də fərdi koteclər ilə bütün qonaqların arzu və istəklərini həyata keçirmək iqtidarındadır. Otel Qəbələ Olimpiya mərkəzi və Qəbələ Stadionunun yaxınlığında yerləşməklə böyük idman və digər tədbirlərə ev sahibliyi edə bilməkdədir.
Ünvan, AZ3600 Qəbələ, Azərbaycan
Qəbələ şəhər mərkəzindən otelə qədər məsafə
2 km
Heydər Əliyev Beynəlxalq Aeroportundan otelə qədər məsafə245 km
Qəbələ Beynəlxalq aeroportundan otelə qədər olan məsafə25 km
Bakı Beynəlxalq avtovağzalından olan məsafə215 km
Qəbələ avtovağzalından olan məsafə3 km
Superior Single
Qafqaz Sport otelinin əzəmətli Qafqaz dağlarına açılan mənzərəsi ilə seçilən geniş otaqları qonaqlarımızın istirahətini unudulmaz etmək üçün dizayn edilmişdir. Açıq qəhvəyi tonlarda dizayn edilmiş Superior single otaqlar 32 kvadrat metr sahəni əhatə edir və o...
Superior Twin
Superior Single otaqlarla eyni funksionallığa malik olan Superior Twin otaqlar 36 kvadrat metr sahəni əhatə edir. Bu tip otaqlar iki ayrı çarpayı və yumşaq mebellərlə təchiz edilmişdir. Otaqlarda mərmər vanna otağı və yazı masası da mövcuddur.
...
Superior Triple
Yaxın dostlarla istirahət üçün nəzərdə tutulmuş Superior Triple otaqlar üç nəfərlik çarpayılarla təchiz edilmişdir. Otaqların ümumi sahəsi 40 kvadrat metrdir. Bu tip otaqlar otelimizin üçüncü və dördüncü mərtəbələrində ...
Junior Suite
Ailəliklə və geniş otaqlarda istirahət etmək üçün ideal olan Junior Suite otaqlar açıq mavi tonlarda dizaynı ilə isti ev abu-havası yaratmaqla istirahətinizi yadda qalan edəcəkdir. Ayrıca yataq və qonaq otaqlarından ibarət olan Junior otaqların bir çoxunda Qafqaz da...
King Suite
Lüks istirahəti sevənlər üçün tərtib edilmiş Kinq otaqlar otelin bütövlükdə beşinci mərtəbəsini əhatə edir. Otağa birbaşa açılan lift fərdi istirahəti sevənlər üçün xüsusi hazırlanmışdır. Geniş qonaq otağı ilə yanaşı Kinq otaqda bi...
1 Yataq Otaqlı Kottec
Otelin gözəl yaşıllıqlar içərisində salınmış kotec kompleksi fərdi istirahəti sevənlər üçün tərtib edilmişdir. Müxtəlif yataq otaqları olan koteclər müxtəlif kateqoriyalarda olmaqla kiçik və böyük ailələr üçün əlverişli se&c...
2 Yataq Otaqlı Kottec
Xüsusi qonaq otağı, iki yataq otağı və mətbəx hissəsi ilə təchiz edilmiş iki yataq otaqlı koteclər ailə və yaxınlarla istirahət üçün ideal seçimdir. Bu tip otaqlarda canlı kamin qış mövsümündə sizə əsl şəhərdən kənar istirahət abu-havası yaşadacaqdır. İ...
3 Yataq Otaqlı Kottec
Nisbətən daha geniş ailə və qruplar üçün nəzərdə tutulmuş bu koteclərdə üç ədəd yataq otağı və bir ədəd qonaq otağı mövcuddur. Geniş qonaq otağında canlı kamin, mətbəx guşəsi, yemək və ya görüşlər keçirə biləcəyiniz masa və oturma zonası vardır. ...
Suite
Ailəliklə və geniş otaqlarda istirahət etmək üçün ideal olan Suite otaqlar açıq mavi tonlarda dizaynı ilə isti ev abu-havası yaratmaqla istirahətinizi yadda qalan edəcəkdir. Ayrıca yataq və qonaq otaqlarından ibarət olan Suite otaqların bir çoxunda Qafqaz dağlarını ...
Sport Kafe
Otelimizin birinci mərtəbəsində yerləşən Sport Kafe həm oyun zalı həm də müxtəlif qəlyənaltılar dada biləcəyiniz bir məkandır. Burada stolüstü futbol, tennis, müxtəlif oyun aparatları, bilyard, nərd, domino və play station otağı mövcuddur. Sport Kafedə həm əyləncəli vaxt ...
Otelimizin geniş SPA mərkəzi açıq havada hovuz, açıq havada uşaq hovuzu, qapalı hovuz, türk hamamı, sauna, buxar hamamı, fitnes zalı və masaj otaqları ilə sizlərə sağlamlığınızı bərpa etməyə və canlanmağınıza kömək edəcək. SPA istirahət zonasında masaj və gözəllik prosedurlarından sonra istirahət edə və zərif çay seçimlərindən dada bilərsiniz. Geniş idman zalımızda isə ən son idman avadanlıqları və fərdi məşqçi ilə istirahət zamanı da idmanla məşğul ola biləcəksiniz.
İş saatları: 08:30-23:00
Lapis Konfrans Zalı
Qafqaz Sport Oteli dağlar qoynunda şəhər səs-küyündən uzaqlıqda müxtəlif biznes görüşlərin, komanda treyninqlərinin və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi üçün ideal seçimdir. Lapis konfrans zalı 250 kv metr sahəsi ilə 150 nəfərlik tədbirlərin peşəkarcasına təşkil olunmasına imkan yaradır. Lapis konfrans zalı ən son mitinq avadanlıqları ilə təchiz olunmuşdur. Həmçinin istəyə uyğun olaraq sinxron tərcümə və qida xidmətləri də təklif edilməkdədir.
Zircon Konfrans Zalı
Qafqaz Sport Oteli dağlar qoynunda şəhər səs-küyündən uzaqlıqda müxtəlif biznes görüşlərin, komanda treyninqlərinin və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi üçün ideal seçimdir. Zircon konfrans zalı 45 kv metr sahəsi ilə 14 nəfərlik tədbirlərin keçirilməsinə imkan yaradır. Zircon konfrans zalı müasir konfrans ləvazimatları ilə təchiz edilmişdir. Həmçinin istəyə uyğun olaraq sinxron tərcümə və qida xidmətləri də təklif edilməkdədir.
Oyun Zalı
Qafqaz Sport Otelinin birinci mərtəbəsində yerləşən oyun zalı müxtəlif stolüstü oyunlarla təchiz edilmişdir. Burada ailəniz və sevdiklərinizlə birlikdə əyləncəli vaxt keçirə bilərsiniz. Həmçinin müxtəlif çay və şirniyyatların dadına baxa biləcəyiniz restoran guşəsi də xidmətinizdədir. Burada stolüstü futbol, biliard oyunu, nərd, domino, stolüstü tenis və digər oyunlar mövcuddur.
Oyun Zalı
Qafqaz Sport Otelinin birinci mərtəbəsində yerləşən oyun zalı müxtəlif stolüstü oyunlarla təchiz edilmişdir. Burada ailəniz və sevdiklərinizlə birlikdə əyləncəli vaxt keçirə bilərsiniz. Həmçinin müxtəlif çay və şirniyyatların dadına baxa biləcəyiniz restoran guşəsi də xidmətinizdədir. Burada stolüstü futbol, biliard oyunu, nərd, domino, stolüstü tenis və digər oyunlar mövcuddur.
Biliard
Qafqaz Sport Otelinin oyun zalında yerləşən biliard qonaqlarımızın xidmətindədir. Oyun zamanı oyun zalında yerləşən müxtəlif çay və şirniyyatların da dadına baxa bilərsiniz.
Biliard
Qafqaz Sport Otelinin oyun zalında yerləşən biliard qonaqlarımızın xidmətindədir. Oyun zamanı oyun zalında yerləşən müxtəlif çay və şirniyyatların da dadına baxa bilərsiniz.
Play Station
Qafqaz Sport Otelinin xüsusi play station otağında həm fərdi həmdə kollektiv play station oyunundan zövq ala bilərsiniz. Oyun zamanı yaxınlıqda yerləşən oyun zalında müxtəlif çay və şirniyyatların dadına baxa bilərsiniz.
Play Station
Qafqaz Sport Otelinin xüsusi play station otağında həm fərdi həmdə kollektiv play station oyunundan zövq ala bilərsiniz. Oyun zamanı yaxınlıqda yerləşən oyun zalında müxtəlif çay və şirniyyatların dadına baxa bilərsiniz.
Velosipedlə Gəzinti
Qafqaz Sport Otelinin həyətyanı sahəsində yerləşən ən son model velosipedlərimizlə otel kompleksimizdə velosiped sürə bilərsiniz. Qafqaz Sport Oteli həm böyüklər, həm də balaca qonaqlarımız üçün velosipedlər təklif etməkdədir.
Velosipedlə Gəzinti
Qafqaz Sport Otelinin həyətyanı sahəsində yerləşən ən son model velosipedlərimizlə otel kompleksimizdə velosiped sürə bilərsiniz. Qafqaz Sport Oteli həm böyüklər, həm də balaca qonaqlarımız üçün velosipedlər təklif etməkdədir.