Dördulduzlu butik otel Qafqaz Karvansaray əfsanəvi Qəbələ şəhərində, şəhərin əsas ticarət mərkəzlərindən və Qəbələ Olimpiya Mərkəzindən bir neçə dəqiqə məsafədə yerləşir. Qafqaz Karvansaray otelinin konsepti fərdi və qrup qonaqlara Qəbələnin ürəyində təkraredilməz səyahət təcrübəsi yaratmaq, onları sakit və rahat bir qonaqlama ilə təmin etməkdir. Siz xüsusi diqqət ilə seçilmiş və rəngarəng müasir və eyni zamanda ənənəvi "Karvansaray" üslubunda bəzədilmiş mərtəbələri gəzərək öz pozitiv enerjinizi yenidən bərpa edə bilərsiz. Qəbələ şəhər mənzərəsi, müasir yemək seçimləri eləcədə spa xidməti xanımlara və bəylərə unudulmaz istirahət imkanları yaradacaq. Qafqaz Karvansaray oteli özəl və rahat istirahət sevən cütlüklər və ailələr üçün doğru seçimdir.
E. Kərimov küç. 10, AZ3600 Qəbələ, Azərbaycan
Qəbələ şəhər mərkəzindən otelə qədər məsafə
1 km
Heydər Əliyev Beynəlxalq Aeroportundan otelə qədər məsafə250 km
Qəbələ Beynəlxalq aeroportundan otelə qədər olan məsafə22 km
Bakı Beynəlxalq avtovağzalından olan məsafə205 km
Qəbələ avtovağzalından olan məsafə3.5 km
Standart A Single Otaq
Ümumi sahəsi 16-18 kvadrat metr olan bu otaqlar tək və ya iki nəfərlik istirahət üçün nəzərdə tutulmuşdur. Otelin 2-ci, 3-cü və 4-cü mərtəbələrində yerləşən standart otaqlardan həm dağ həm də otelin gözəl bağçasına mənzərə açılır.
...
Standart A Double Otaq
Bu otaqlar Standart single A otaqlar ilə eyni xüsusiyyətlərə sahibdirlər. İki ayrı yataqların olması ilə fərqlənən bu otaqlar gözəl istirahət üçün hər cür imkan yaradır.
Standard B Single Otaq
Bu otaqlar Standard single A otaqlar ilə eyni xüsusiyyətlərə malikdirlər sadəcə 26-30 kvadrat metr otaq sahəsi olmaqla daha geniş olurlar.
Standard B Double Otaq
Standart single B otaqlar ilə eyni keyfiyyətə sahib olan bu otaqlar sadəcə iki ayrı yataqların olması ilə fərqlənirlər.
Junior Suite
Bu geniş suitlər, son dərəcə rahatlığı sevənlər üçün bir yataq və bir qonaq otağı olması ilə seçilirlər. Qonaq otağı dost və ya ailə yiğıncaqlarının təşkili üçün rahat mebel ilə təchiz olunmuşdur.
...
Suite
Junior Suite otaqlar ilə eyni şəraitə malik olan bu otaqlar sadəcə iki ayrı yatağın olması ilə fərqlənirlər.
Family Suite
Geniş və rahat ailəvi istirahət sevənlər üçün Family Suite otağı ən doğru seçimdir. Bir yataq otağı və əlavə qonaq otağına sahib olan bu otaqlar sizə unudulmaz istirahət imkanı yaradacaq.
Handicapped Rooms
Qafqaz Karvansaray oteli xüsusi qayğıya ehtiyacı olan qonaqlarımız üçün xüsusi şəkildə təchiz olunmuş otaq təklif edir. Bu otaqlar ən son əlil avadanlıqları ilə təmin edilərək qonaqlarımızın tam sərbəst otaqda hərəkət etməsinə şərait yaratmaqdadır.
...
Lobbi Bar
Qafqaz Karvansaray otel eleqant və müasir lobbi barı birinci sinif yerli və xarici şərab, şampan, araq, konyak və siqar eləcədə alkaqollu və alkaqolsuz içkilər seçimi təklif edir. Lobbi bar 24 saat fəaliyyət göstərir.
Fəvvarə Restoranı
Açıq havada yerləşən Fəvvarə restoranı Karvansaray divarları ilə əhatə olunmuşdur. Fəvvarənin həzin səsi ilə ahəng təşkil edən divarların müstəsna dizaynı sizin yemək təcrübənizi unudulmaz edəcək. Restoran milli və dünya mətbəxi ilə bərabər Qəbələ şəhərinə məxsus qəlyənaltı ...
Silk Way Restoranı
Otelimizin mərkəzində yerləşən möhtəşəm Silk Way restoranı individual və ailəvi qonaqlara Azərbaycan eləcədə dünya mətbəxinin ləziz təamlarını dadmağı təklif edir. Birinci mərtəbədə yerləşən restoran 500 kvadrat metr sahəyə malik olmaqla otelimizin əsas restoranı hesab olunur. Xüsu...
Qafqaz Karvansaray otelde SPA 600 kvadrat metr ərazini əhatə etməklə daxilində qapalı hovuz, gözəllik salonu, müalicə və istirahət ərazisi eləcədə massaj otaqları yerləşir. SPA eyni zamanda qonaqlara sauna, buxar hamamı, Türk hamamı və digər xidmətlər təklif edir. Spanın ruhu, uzaq Şərq ənənələrinə və rituallarına əsaslanaraq yağışlı meşələrdən, okeanların balansıdan, dağların enerjisindən və insan toxunuşunun təsirindən ilhamlanır. SPA stresden azad olmaq üçün ən doğru seçimdir. Burada yerləşən Vitamin bar sizin bədəninizi təravətləndirmək üçün təzə sıxılmış içkilər təklif edir. Fitness zalı tam şəkildə bütün professional idman ləvazimatları ilə təchiz olunmuşdur.
İş saatı SPA mərkəzi: 09:00-20:00
İş saatı Fitness zal: 06:00-24:00
Karvansaray Konfrans Zalı
Karvansaray konfrans zalı həm otel daxili həm də digər tədbirlərin həyata keçirilməsi üçün idealdır. Karvansaray konfrans zalı sizin tədbirlərinizin peşəkarcasına təşkil olunması üçün ən son texniki avadanlıqlarla təchiz edilmişdir. Ümumi sahəsi 106 kvadrat metr olan zal ziyafət üslubunda 250 nəfərlik, teatral üslubda 100 nəfərlik, sinif otağı üslubunda 50 nəfərlik və “U” formasında isə 25 nəfərlik tutuma malikdir.
Stolüstü Tennis
Qafqaz Karvansaray Oteli istirahətinizi səmərəli təşkil etmək üçün müxtəlif stolüstü oyunlar təklif etməkdədir. Stolüstü tennis həvəskarları oteldə qaldıqları müddətdə ödənişsiz olaraq tennis oynaya bilərlər.
Stolüstü Tennis
Qafqaz Karvansaray Oteli istirahətinizi səmərəli təşkil etmək üçün müxtəlif stolüstü oyunlar təklif etməkdədir. Stolüstü tennis həvəskarları oteldə qaldıqları müddətdə ödənişsiz olaraq tennis oynaya bilərlər.
Billiard
İstirahətinizi yadda qalan etmək üçün Qafqaz Karvansaray Otelinin əyləncə mərkəzində billiard oyunu oynaya bilərsiniz. Biliard oyunu otelimizin qonaqları üçün ödənişsizdir.
Billiard
İstirahətinizi yadda qalan etmək üçün Qafqaz Karvansaray Otelinin əyləncə mərkəzində billiard oyunu oynaya bilərsiniz. Biliard oyunu otelimizin qonaqları üçün ödənişsizdir.
Uşaq Klubu
Qafqaz Karvansaray Oteli balaca qonaqlarımızı düşünərək onlara həm açıq havada həm də qapalı uşaq klubundan istifadə etmək imkanı yaradır. Tamamilə ödənişsiz olaraq uşaqlarınızı peşəkar dayələrimizə də etibar edə bilərsiniz.
Uşaq Klubu
Qafqaz Karvansaray Oteli balaca qonaqlarımızı düşünərək onlara həm açıq havada həm də qapalı uşaq klubundan istifadə etmək imkanı yaradır. Tamamilə ödənişsiz olaraq uşaqlarınızı peşəkar dayələrimizə də etibar edə bilərsiniz.