“Qafqaz Baku Point Boutique Hotel” Bakı şəhərinin mərkəzində sakit bir məkanda sərfəli qiymətə mehmanxana xidməti göstərən 5 ulduzlu oteldir. Yeddi mərtəbəli binadan ibarət otelimiz geniş və rahat nömrələri ilə 2009-cu ildən etibarən fəaliyyət göstərir. Ən üst mərtəbədə yerləşən və şəhər mənzərəli terrasa malik “Panorama” restoranında qonaqlara nahar və şam vaxtı Azərbaycanın ən ləziz yeməkləri ilə yanaşı dünya mətbəxinin ən çox sevilən təamları təqdim olunur. Siz geniş imkanlara malik Spa və fitnes mərkəzində öz sağlamlığınızı bərpa edə, zəruri texniki avadanlıqlarla tam təchiz olunmuş konfrans zalında isə görüş və tədbirlərinizi ən yüksək səviyyədə reallaşdıra bilərsiniz. Otelimiz Bakı Metropolitenin Elmlər Akademiyası stansiyasına 300 metrlik məsafədə, Xəzər dənizinin sahilinə və tarixi İçərişəhərə isə avtomobillə 5 dəqiqəlik məsafədə yerləşdiyindən buradan Bakının gəzməli-görməli yerlərinə səyahət etmək olduqca asandır.


K. Kazımzadə küç. 118-560, AZ1000 Bakı, Azərbaycan

Standard Single

Standard Single (Birnəfərlik) nömrələri Bakı şəhərinin mərkəzində sakit bir məkanda sərfəli qiymətə gecələmək istəyənlər üçün ideal seçimdir. Bir otaqdan ibarət bu nömrələrdə kreslo və balaca jurnal masasının olduğu kiçik oturma zonas...

Standard Double

Superior Double (İkinəfərlik) nömrələri Bakı şəhərinin mərkəzində geniş otaqlarda gecələmək istəyənlərə əlverişli şərait təqdim edir. Bir geniş otaqdan ibarət bu nömrələrdə kreslo və balaca jurnal masasının olduğu oturma zonası da var. Bu nömrələrin bəzilərində hamam otağı sadəcə v...

“Qafqaz Baku Point Boutique Hotel”də Azərbaycanın ən ləziz yeməkləri ilə yanaşı dünya mətbəxinin ən çox sevilən təamları təklif olunur. Geniş çeşiddə yeməklərin verildiyi “Naxçıvan” restoranı qonaqlara ancaq səhər yeməyi vaxtı xidmət göstərir. “Naxçıvan” restoranı ərazisində bar da fəaliyyət göstərir. Günboyu açıq olan bu barda siz yüngül yeməklərlə yanaşı müxtəlif növ içkiləri dada bilərsiniz. Otelimizin ən yuxarı mərtəbəsində yerləşən “Panorama” restoranında nahar və şam yeməkləri verilir. Yay aylarında bu restoranın terrası da qonaqların xidmətində olur. Şəhər mənzərəli terrasa malik “Panorama” restoranında siz əlamətdar günləri yaxınlarınızla birlikdə kollektiv şəkildə qeyd edərək unikal ab-hava yaşaya və bu günləri yaddaqalan edə bilərsiniz. 

“Qafqaz Baku Point Boutique Hotel”də istirahətlə yanaşı sağlamlığın bərpası üçün əlverişli imkanlar mövcuddur. Belə ki, qapalı hovuz, sauna, Türk və buxar hamamları, masaj otağı və gözəllik salonunun geniş xidmətlərindən yararlanaraq öz sağlamlığınızı hərtərəfli şəkildə yaxşılaşdıra bilərsiniz. Həmçinin otelimizdə müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes mərkəzi də fəaliyyət göstərir. 

“Qafqaz Baku Point Boutique Hotel”də siz irimiqyaslı görüşlərinizi yüksək səviyyədə reallaşdıra bilərsiniz. Bunun üçün 150 nəfərlik tutuma malik konfrans zalı hər zaman sizin xidmətinizdədir. Teatr formasında olan bu zal tədbirlərin keçirilməsi üçün zəruri olan bütün avadanlıqlarla, o cümlədən proyektor, pərdə, televizya ekranı, mikrofon, səs sistemi və flipçartla təchiz olunub. Həmçinin arzuedənlər rəsmi görüşlərlə yanaşı əlamətdar günləri də burada rahat şəkildə qeyd edə bilərlər.