Əzəmətli Qafqaz dağlarının yamacında Dəmiraparan çayının kənarında 20 hektarlıq möhtəşəm yaşıllıqlar içərisində yerləşən Qafqaz Riverside Oteli əsl dəbdəbənin bariz nümunəsidir. Qəbələ şəhər mərkəzində yerləşən otel bir tərəfdən Tufandağ Qış-Yay turizm kompleksi, digər tərəfdən isə Qəbələnd əyləncə mərkəzi ilə əhatələnmişdir. Lüks interyerin maksimum komfort və ecazkar təbiətlə qovuşduğu bu otel müxtəlif kateqoriyalı otel otaqları ilə yanaşı, fərdi istirahəti sevənlər üçün müxtəlif otaqlı koteclər və villalar da təklif edir.


Ünvan, İsmayıl bəy küçəsi, Qəbələ, Azərbaycan, AZ1038
Qəbələ şəhər mərkəzindən otelə qədər məsafə

4 km

Heydər Əliyev Beynəlxalq Aeroportundan otelə qədər məsafə

239 km

Qəbələ Beynəlxalq aeroportundan otelə qədər olan məsafə

25 km

Bakı Beynəlxalq avtovağzalından olan məsafə

205 km

Qəbələ avtovağzalından olan məsafə

7 km

Superior King

35 kvadrat metrlik geniş Superior King otaqlar tək yataq otaqlı və yumşaq mebellə təchiz edilmişdir. Otaqların bəziləri dağ mənzərəli bəziləri isə şəhər mənzərəlidir.

Superior Twin

Superior Kinq otaqlarla eyni sahəyə malik olan bu otaqlar iki ayrı çarpayı ilə təchiz edilmişdir. Ailəvi və ya dostlarla istirahət etmək üçün bu otaqlar əla seçimdir.

Junior Suite

Frenç tipli kiçik balkona sahib bütün Junior Suite nömrələrində yataq otağı ilə yanaşı qonaq otağı da var. Kiçik ailələr üçün ideal qonaqlama xidməti təqdim edən bu nömrələrdə qonaqların rahat dincəlmələri üçün cakkuzi və ...

Dublex Suite

Hər mərtəbəsində ayrıca yataq otağı, qonaq otağı və duş kabinli sanitar qovşağa sahib bu nömrələr geniş ailə şəklində qonaqlamaq istəyənlər üçün tam əlverişli şərait təqdim edir. Qəbələ dağlarının gözəl mənzərəsinə sahib bu nömrələrdə siz ailəvi şəkildə rahatca din...

King Suite

Dəbdəbəli istirahəti sevən qonaqlarımız üçün Kinq otaqlar ideal seçimdir. 150 kvadrat metrlik bu otaqlarda geniş qonaq otağı, 1 ədəd yataq otağı və biznes və ya yığıncaqların həyata keçirilməsi üçün geniş ərazi vardır. Otelin Spa mərkəzindən Kinq ot...

1 Yataq Otaqlı Kottec

Fərdi istirahəti sevənlər üçün Qafqaz Riverside otelinin 20 hektara yaxın yaşıllığı əhatə edən həyətyanı sahəsində koteclər fəaliyyət göstərir.Bir yataq otaqlı koteclər 85 kvadrat metrlik ərazini əhatə edir burada bir yataq otağı və bir geniş qonaq otağı vardır. Qonaq otağın...

2 Yataq Otaqlı Kottec

İki yataq otaqlı koteclər bir yataq otaqlı koteclərlə eyni dizayna malik olmaqla sadəcə iki yataq otağının olması ilə fərqlənirlər. Bu koteclərin ümumi sahəsi 102 kvadrat metrdir. İki yataq otaqlı koteclərdə canlı kamen, mətbəx və veranda vardır.

...

3 Yataq Otaqlı Kottec

Üç yataq otaqlı koteclər 120 kvadrat metrlik sahəni əhatə edir. Bu koteclər üç yataq otağı, içində kamen olan bir qonaq otağı, mətbəx və verandadan ibarətdir.

Qəbələ Restoranı

Klassik qəhvəyi tonların ahəngində tərtib olunmuş Qəbələ restoranı Qafqaz Riverside Otelinin qonaqlarına yay mövsümündə səhər və şam yeməkləri, qış mövsümündə isə səhər yeməyi təklif edir. Qəbələ Restoranında otelimizin qonaqları həm Azərbaycan mətbəxi həm də Aralıq ...

Ətraflı

Brasserie A La Carte Restoranı

Qafqaz Riverside Otelinin ikinci mərtəbəsində yerləşən Brasserie restoranı otelimizin qonaqları üçün günorta və axşam yeməkləri təqdim edir. 100 nəfərlik Brasserie Restoranının xüsusi tədbirləri keçirmək məqsədilə 12-14 nəfəri əhatə edən VİP otağı da fəaliyyət g&...

Ətraflı

Meşə Restoranı

Təbiət qoynunda meşəlik ərazidə salınan Meşə Restoranı qonaqlarımıza canlı kabab və manqal ziyafəti yaşatmaq üçün yaradılmışdır. Burada Azərbaycanın həmçinin Qəbələ mətbəxinə xas olan bir çox kabab növləri canlı hazırlanaraq qonaqlara təklif edilir. Restoran ya...

Ətraflı

Kamin Bar

Qafqaz Riverside Otelinin lobbisində yerləşən Kamin Bar 24 saat qonaqlarımız üçün müxtəlif alkoqollu və alkoqolsuz içkilər, şirniyyat və çərəzlər, sendviç və isti qəlyənaltılar təklif edir. Həzin fon musiqisi isə istirahətinizə rəng qatacaq. Siqar sevən ...

Ətraflı

Shisha Bar

Klassik ərəb üslubunda dizayn edilmiş Shisha Bar Qafqaz Riverside Otelinin birinci mərtəbəsində yerləşir. Yerdən düzülmüş oturacaqlarda qəlyan mütəxəssislərinin hazırladığı məftunedici qəlyanlardan dadmaq və şərq abu-havasını hiss etmək mümkün olacaqdır. Shisha ...

Ətraflı

Hovuzkənarı Bar

Qızmar yay istisində açıq hovuz ətrafında günəşlənərkən Qafqaz Riverside otelinin hovuz kənarındakı barı sərinləşdirici içkilərlə könlünüzü oxşayacaqdır. Hovuz ətrafında sərinləşdirici kokteyllər və müxtəlif soyuq qəlyənaltılar dadmaq üç&uum...

Ətraflı

Qafqaz Riverside Oteli təbiət qoynunda istirahətlə yanaşı sağlamlığınızın yenilənməsi və dəstəklənməsi üçün geniş SPA ərazisi və Fitnes zalı təqdim edir. Otelin spa mərkəzində açıq və qapalı geniş hovuz, türk hamamı, sauna və masaj otaqları mövcuddur. Spa Mərkəzində klassik masajla yanaşı Bali masajı, hind masajı, cütlüklər üçün masaj və digər prosedurlarla yanaşı salon xidmətləri və hamam xidmətləri də qonaqlarımıza təqdim edilir. Fərdi spa xidmətlərindən istifadə etmək istəyənlər üçün isə VİP SPA mərkəzindən istifadə edə bilərlər. Spa mərkəzinin daxilində yerləşən idman zalı isə ən son idman avadanlıqları ilə təchiz edilmişdir. Burada həmçinin fərdi məşqlər üçün xüsusi məşqçi də qonaqlarımıza yardımçı ola bilər.

İş saatları: 09:00-23:00