Qafqaz Sahil oteli Bakı Ağ şəhərin tam mərkəzində, Bakı bulvarından bir neçə metrlik məsafədə yerləşən 4 ulduzlu oteldir. Otelin şəhər mərkəzində ideal yerləşməsi həm biznes həm də istirahət məqsədli yararlanmaq görə bütün qonaqlar üçün əla seçimdir. Qafqaz Sahil oteli öz gülərüz personalı, xüsusi art deko üslubunda dizayn edilmiş otaqları və digər xidmətləri ilə qonaqlarda möhtəşəm təəssürat yaratmaq iqtidarına malikdir. Otelin tam yaxınlığında 1567 metrəlik salonu ilə Box Federasiyası mövcuddur. Box Federasiyaya aid olan məşq zalı, məlumat otaqları, fitness-spa salonu, doping otağı, həkim otağı, konfrans salonu, VİP kafe, məşqçi otağı, canlı yayım otağı və s mövcuddur. Otelin müxtəlif idman və digər tədbirlərə ev sahibliyi etmək imkanı vardır. Müasir şüşə fasadla əhatələnmiş dairə formalı bina otel otaqlarından və restoranlarından Bakı bulvarına və Ağ şəhərə panoramik mənzərədən zövq almağa imkan yaradır. Otelə daxil olan 104 geniş otaqların hər birində rahat və unudulmaz anlar keçirmək mümkündür. Otaqların dizaynı müasir art deko üslubunda tərtib olunub. Otaqlarda ən yüksək zövqü oxşayacaq xırda bəzək əşyalarının və müasir modernizm üslubunda taxta bəzək hissələrinin kombinasiyası qonaqlarımızı dəbdəbəli və rahat şəraitdə istirahət hissi yaşamağa imkan verəcək
Xətai r-nu, Xaqani Rüstəmov küç, Məhəllə 1210, Bakı, Azərbaycan
Şəhər mərkəzindən otelə qədər məsafə
4 km
Heydər Əliyev Beynəlxalq Aeroportundan otelə qədər məsafə21 km
Bakı Dəmiryolu Stansiyasından otelə qədər məsafə3 km
Metro Xetai Stansiyasından məsafə1.1 km
Superior Single
Superior Single otaqlar 29 kvadrat metrlik sahəni əhatə etməklə, geniş yataq və yumşaq mebellərlə təchiz edilmişdir. Bu otaqlar 2-ci mərtəbədən başlayaraq 4-cü mərtəbəyədək bütün mərtəbələrdə vardır. Bu otaqlardan bəziləri dəniz mənzərəli bəziləri isə Bakı Ağ şəhər mənzərəlidir. Su...
Superior Twin
Superior Twin otaqlar 29 kvadrat metrlik sahəni əhatə etməklə, geniş iki ədəd yataq və yumşaq mebellərlə təchiz edilmişdir. Bu otaqlar 2-ci mərtəbədən başlayaraq 14-cü mərtəbəyədək bütün mərtəbələrdə vardır. Bu otaqlardan bəziləri dəniz mənzərəli bəziləri isə Bakı Ağ şəhər mənzərəl...
Junior Suite
Junior Suite otaqlar daha geniş qonaqlama otaqlarına üstünlük verənlər üçün nəzərdə tutulmuşdur. Geniş iki nəfərlik yataq otağı və ayrıca oturma otağı olan bu otaqlar otelin 3-cü mərtəbəsindən başlayaraq 14-cü mərtəbəsinədək hər mərtəbədə mövcuddur. ...
Suite
Suite otaqlar Junior Suite otaqlarla eyni funksionallığa malik olmaqla daha geniş ərazini əhatə edir. Ümumi sahəsi 56 kvadrat metr olan bu otaqlar eyni kateqoriyalı otaqlarla birləşdirilərək daha geniş otaqlara çevrilə bilməkdədir. Suite otaqlar həmçinin geniş vanna otağı ilə d...
Executive Suite
Təmtəraqli istirahəti sevənlər üçün təklif edlən Executive Suite otaqlar yataq otağı, qonaq otağı, geniş görüşlərin və ya fərdi nahar və şam yeməklərinin təşkil oluna biləcəyi 8 nəfərlik yemək stolu, mərmər şahmat stolu və geniş istirahət zonası ilə təmin edilmişdir. Un...
Handicapped Rooms
Xüsusi qayğıya ehtiyacı olan qonaqlarımız üçün Qafqaz Sahil Otelində xüsusi otaq mövcuddur. Bu otaqları ən son əlil avadanlıqları ilə təmin edilərək qonaqlarımızın tam sərbəst otaqda hərəkət etməsinə şərait yaratmaqdadır.
...
Sunflower Restoranı
Zəngin açıq bufet səhər yeməyimizlə günə gümrah başlamağınızı təmin etmək üçün xidmət göstərən Sunflower restoranımız otelimizin özül mərtəbəsində yerləşir. Sarı və əlvan rənglərin istifadə edildiyi geniş restoran yemək zamanı iştahanızı açm...
Sunset Restoranı
Xəzər Dənizinə və Bakı bulvarına açılan möhtəşəm mənzərəsi ilə Sunset Restoranı panoramik dizaynı ilə otelimizin 17-ci mərtəbəsində yerləşməklə Azərbaycan və Dünya mətbəxi nümunələrinin geniş və bir-birindən dadlı çeşidlləri ilə qonaqlarımızın yolunu gözləyir. Kl...
Champion Bar
Otelimizin 16-cı mərtəbəsində yerləşən möhtəşəm mənzərəli Champion Bar dostlarla və yaxınlarla yüngül qəlyənaltıların və içkilərin dadına baxmaq və şəhərə olan quş uçuşu yüksəkliyindən olan mənzərədən həzz ala bilərsiniz. Bura isti koloritli atmosfer və unikal ko...
Lobbi Bar
Otelimizin 1-ci mərtəbəsində yerləşən zərif tərtibatlı müasir Lobbi barda birinci sinif yerli və xarici alkoqollu içkilər, isti içki çeşidləri, yüngül qəlyanaltılar, şirniyyatlar həmçinin siqar növləri təqdim edilməkdədir. Komfortlu yumşaq mebellərl...
“Qafqaz Sahil Baku”da qonaqlara zövqlü istirahət etmək üçün geniş imkanlarla yanaşı sağlamlığı bərpa etmək üçün də əlverişli şərait təqdim olunur. Siz sauna, buxar hamamı və masaj xidmətindən ibarət olan Spa mərkəzində zövqünüzə uyğun şəkildə doyunca dincələ və öz sağlamlığınızın qayğısına qala bilərsiniz. Həmçinin otelimizdə fiziki cəhətdən sağlamlığı və möhkəmliyi təmin etmək istəyənlər üçün də müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes mərkəzi fəaliyyət göstərir. Oteldə həmçinin otel qonaqları ilə bərabər gündəlik idman və digər spa xidmətlərindən istifadə üçün abonament xidməti də mümkündür.
İş saatları: 07:00-21:00
Bakı Konfrans Zalı
Ən son avadanlıqlarla təchiz edilmiş Bakı konfrans zalı teatral üslubda 146 oturacaqla təmin edilmişdir. Hər növ prezentasyaların, çıxışların, konfransların, startupların keçirilməsi üçün ideal olan bu konfrans zalı ayrıca tərcümə otağı və idarəetmə otağı mövcuddur. Bakı iclas zalı yalnız teatral üslubda istifadə üçün nəzərdə tutulmuşdur.
Tufandağ Konfrans Zalı
Xüsusi görüşlərin və peşəkar danışıqların həyata keçirilməsi üçün nəzərdə tutulan bu zal daha çox rahat atmosferdə danışıqlar həyata keçirmək üçün nəzərdə tutulmuşdur. Ekstovaqant interyer və isti tonlarla dizayn edilmiş zalın unikallığından biri də birbaşa Boks zalına açılan görüntüdür ki, burada müxtəlif yarışlar və tədbirlər keçirildiyi zaman VİP oturma zonası kimi də istifadə edilə bilər.