Qafqaz Tufandağ Oteli başı qarlı Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən lüks oteldir. Otelin unikallığı qış mövsümündə xizək həvəskarları üçün, yay mövsümündə isə sərin dağ havası və yay idman növləri ilə maraqlanan qonaqlar üçün ideal məkan olmasıdır. Otelin ətrafını bürüyən geniş yaşıl meşələr, ilboyu başı qarlı dağlar, Dəmiraparan çayının mənzərəsi və ecazkar təbiət Qafqaz Tufandağ Otelində istirahət edən qonaqları valeh edəcəkdir.
Duruca kəndi, Qəbələ, Azərbaycan
Qəbələ şəhər mərkəzindən otelə qədər məsafə
8 km
Heydər Əliyev Beynəlxalq Aeroportundan otelə qədər məsafə242 km
Qəbələ Beynəlxalq aeroportundan otelə qədər olan məsafə28 km
Bakı Beynəlxalq avtovağzalından olan məsafə213 km
Qəbələ avtovağzalından olan məsafə11 km
Superior King
Superior King (Birnəfərlik) nömrələri bir yataq otağından ibarətdir. Bu nömrələrin əksəriyyətində dağ və ya göl mənzərəli balkon vardır. Ümumi sahəsi 25-30 kvadrat metr olan bu otaqlar otelin ikinci və beşinci mərtəbələrində yerləşir.
...
Superior Twin
Superior Twin (İkinəfərlik) nömrələri iki ayrı çarpayıdan ibarətdir. Bu nömrələrin əksəriyyətində dağ və ya göl mənzərəli balkon var. Ümumi sahəsi 25-30 kvadrat metr olan bu otaqlar otelin ikinci mərtəbəsində yerləşir.
...
Superior Deluxe
Superior Deluxe otaqlar Superior Double otaqlarla eyni funksionallığa malikdir, lakin Superior Deluxe otaqlar daha geniş 35 kv metr sahəni əhatə edir. Bu tip otaqlar otelin birinci mərtəbəsində yerləşir.
Junior Suite
Junior Suite nömrələri bir geniş yataq otağından ibarətdir. Bu otağın bir hissəsi qonaq otağı formasındadır və bu nömrələr yumşaq divan dəsti və iki televizorla təchiz olunub. Bu otaqların ümumi sahəsi 52 kvadrat metr olub otelin 2-ci mərtəbəsində yerləşirlər.
...
Family Suite
Family Suite nömrələri biri geniş olmaqla iki yataq otağından ibarətdir. Geniş otaqda yataq dəsti ilə yanaşı oturma zonası da mövcuddur. Family Suite otaqların ümumi sahəsi 70 kvadrat metr olmaqla 1-ci və 2-ci mərtəbələrdə yerləşir.
Royal Suite
Dəbdəbəni sevən qonaqlar üçün nəzərdə tutulmuş Kinq otaq ümumi 560 kvadrat metr sahəni əhatə edir. Geniş və dəbdəbəli mebellərlə təchiz edilmiş qonaq otağı, iki ədəd yataq otağı və iki ədəd hamam və vanna otaqları ilə təchiz edilmiş bu otaqdan Qafqaz dağlarına möhtəşəm ...
2 Yataq Otaqlı Villa
Tufandağ Kanat xətti ilə qalxa biləcəyiniz iki yataq otaqlı villalar sakitliyi və təbiətin qoynunda istirahəti sevənlər üçün nəzərdə tutulmuşdur. Taxta villalar öz unikal interyer dizaynı və təbii kamini ilə isti abu-havada yaxın insanlar ilə istirahət üçün ...
3 Yataq Otaqlı Villa
İki yataq otaqlı koteclər kimi üç yataq otaqlı koteclərə də yalnız kanat xətti ilə çatmaq mümkündür. Koteclər üç geniş yataq otağı və bir geniş qonaq otağı ilə təmin edilmişdir.
Elite və Panorama Restoranı
Siz Qafqaz Tufandag otelinin üçüncü mərtəbəsində klassik interyerlə bəzədilmiş sakit və hərarətli rənglərlə üstün olan iki rahat restoran tapa bilərsiniz. Restoranlar eyni vaxtda 500 nəfərə xidmət edə bilər. Səhər yeməyi saat 7:00 dan 10:30 qədər servis edilir. Axş...
Buta Bar
Lobbidə yerləşən Buta Bar 24 saat fəaliyyət göstərərək sizə ləzzətli şirniyyatlar, mütəlif çeşid qəhvə eləcədə alkoqollu və ya alkoqolsuz içkilər təklif edir.
Fast Food Restoranı
Əgər siz xizək sürməyə qısa muddət fasilə verib nahar etmək istəyirsizsə, Qafqaz Tufandag otelinin dördüncü mərtəbəsində yerləşən Fast food restoranından yaralana bilərsiz. Fast food restoranının birbaşa xizək yamaclarına keçidi var. Burda siz müxtəlif çeşid...
Chalet Steak and Wine House
Biz sizi Azərbaycanın ən yüksək ərazisində yerləşən restoranımızda peşəkar aşpazlar tərəfindən hazırlanmış steak ilə müxtəlif çeşid şərablardan dadmağa dəvət edirik. 1920m yüksəklikdə yerləşən bu restoran dəbdəbəli interyeri eləcə də əsrarəngiz panoramik mənzərəsi ilə sizə u...
Qəbələ Cafe
Restoran özünə məxsus interyeri və əsrarəngiz panoramik mənzərəsi ilə fərqlənir. Burada siz Azərbaycanının eləcədə Qəbələnin ləziz təamlı yeməklərindən dada bilərsiz. Bu restorana siz kanat vasitəsi ilə gələrək 10:00 dan 19:00-a aralığında yararlana bilərsiz.Restoran eyni vaxtda 500 nəf...
Qafqaz Tufandağ Oteldə doyunca istirahət etməklə yanaşı sağlamlığı bərpa etmək üçün də geniş imkanlar mövcuddur. Otelimizin Spa mərkəzi sauna, buxar və masaj otaqları və Türk hamamından ibarətdir. Fərdi və ailəvi şəkildə dincəlmək istəyənlərə VIP Spa xidməti təklif olunur. Otelimizdə peşəkar idman avadanlıqları ilə təchiz olunmuş idman zalı da fəaliyyət göstərir.
İş saatları: 09:00-23:00
Tufandağ Konfrans Zalı
Qafqaz Tufandağ otelinin 2-ci mərtəbəsində yerləşən 40 kvadrat metrlik iclas zalı kiçik görüşlərin və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Tufandağ konfrans zalı boardroom stilində 16-18 nəfər üçün eyni zamanda istifadəyə yararlıdır.
Tufandağ Kanat Xətti
Möhtəşəm Qafqaz dağlarını seyr etmək istəyirsinizsə, Tufandağ Kanat yollarından istifadə edə bilərlər. 4 stansiyadan ibarət olan Tufandağ Kanat yollarının ilk stansiyası “Qəbələ” zirvəsi adlanır və 956 metrdən 1250 metrədək kanat yolu ilə səyahət imkanı yaradır. Kanat Yolunun ən sonuncu stansiyası “Yatmış Gözəl” adlanır və 1250 metrdən başlayaraq 1920 metrədək davam edir. Kanat yolunun ilk stansiyası Qafqaz Riverside Otelindən, ikinci xətti isə Qafqaz Tufandağ otelindən başlayır.
Xizək Girişi
Bütöv gün: böyüklər üçün: 25 AZN, uşaqlar üçün(6-11 yaş): 20 AZN
Yarım gün: böyüklər üçün: 16 AZN, uşaqlar üçün(6-11 yaş): 11 AZN
*Yarım gün biletləri 09:00-dan 13:00-a dək, 13:00-dan 17:00-dək əldə edilə bilər

Xizək Sürmə
Qafqaz dağlarının qoynunda ideal təbiətlə harmoniyada 15 km-lik xizək yolları xizək həvəskarları üçün ideal seçim olacaqdır. Müxtəlif çətinlik kateqoriyalarını əhatə edən xizək zonası həm qara, həm yaşıl, həm qırmızı həm də yeni başlayanlar üçün xizək xalçası təqdim edir. Tufandağ Xizək zonası həm xizək həm də snoubord sevənlər üçün ideal məkandır.

ATV Turlar
Macəra həvəskarlarını Qəbələ şəhərində unudulmaz anlar gözləyir. Qafqaz dağlarına 4 kilometrlik 15-20 dəqiqə davam edən atv maşınlarla səyahət sizə müxtəlif çətnliklərdən keçərkən əsl adrenalin yaşadacaqdır. ATV turlar 18 yaşından böyük qonaqlarımız üçün nəzərdə tutulmuşdur.
ATV Tur: 1 saat 1 nəfər üçün : 45 AZN

Uşaqlar üçün ATV Turlar
Qafqaz Tufandağ Oteli macəra sevən kiçik qonaqlarımız üçün xüsusi balacalar üçün hazırlanmış yolsuzluq maşınları ilə unudulmaz bir tur təklif edir.
Uşaqlar üçün ATV tur: 25 dəqiqə 25 AZN

Segway Turları
Segway sürmək istəyənləri Qafqaz Tufandağ oteli Segway turlarına dəvət edir. Xüsusi təlimçilərimiz tərəfindən təlim keçərək zümrüd yaşılı Qəbələ meşəsində segway sürmək imkanı əldə edəcəksiniz. Segway sürən zaman siz xüsusi dəbilqə və dizliklərlə təmin ediləcəksiniz.
Qiymət: 10 dəqiqə 11 AZN