Beş ulduzlu Qafqaz Point Otel Bakı şəhərinin mərkəzində istər istirahət məqsədli, istərsə də işgüzar səfərə gələn qonaqların yerləşməsi üçün müasir üslubda inşa edilmiş oteldir. Yeddi mərtəbəli binadan ibarət otelimizin geniş və rahat nömrələri ilə qonaqlara yüksək xidmət standartları təqdim edir. Ən üst mərtəbədə yerləşən və şəhər mənzərəli terrasa malik “Panorama” restoranında qonaqlara nahar və şam vaxtı Azərbaycanın ən ləziz yeməkləri ilə yanaşı dünya mətbəxinin ən çox sevilən təamları təqdim olunur. Siz geniş imkanlara malik Spa və fitnes mərkəzində öz sağlamlığınızı bərpa edə, zəruri texniki avadanlıqlarla tam təchiz olunmuş konfrans zalında isə görüş və tədbirlərinizi ən yüksək səviyyədə reallaşdıra bilərsiniz.


K. Kazımzadə küç. 118-560, AZ1000 Bakı, Azərbaycan
Şəhər mərkəzindən otelə qədər olan məsafə

2 km

Heydər Əliyev Beynəlxalq Aeroportundan otelə qədər məsafə

30 km

Dəmiryolu Vağzalından məsafə

1 km

Metro Elmler Akademiyası Stansiyasından məsafə

300 metr

Standard Single

Standard Single (Birnəfərlik) nömrələr sərfəli qiymətə gecələmək istəyənlər üçün ideal seçimdir. Bir otaqdan ibarət bu nömrələrdə kreslo və balaca jurnal masasının da olduğu kiçik oturma zonası da var.

...
Rezervasiya Ətraflı

Standard Double

Superior Double (İkinəfərlik) nömrələri geniş otaqlarda iki nəfərlik gecələmək istəyənlərə əlverişli şərait təqdim edir. Bir geniş otaqdan ibarət bu nömrələrdə kreslo və balaca jurnal masasının olduğu oturma zonası da var. Bu nömrələrin bəzilərində hamam otağı sadəcə vannalı, bəzil...

Rezervasiya Ətraflı

Superior King

Bu tip otaqlar daha genişdir və ailəli istirahət etmək istəyənlər üçün idealdır. Superior otaqlarda maksimum yerləşmə 3 nəfər nəzərdə tutulmuşdur.

Rezervasiya Ətraflı

Superior Twin

Bu tip otaqlar daha genişdir və ailəli istirahət etmək istəyənlər üçün idealdır. Superior King otaqlardan fərqli olaraq burada iki ayrı çarpayı vardır və otaqlarda maksimum yerləşmə üç nəfər nəzərdə tutulmuşdur.

...
Rezervasiya Ətraflı

Junior Suite

Yataq otağı ilə yanaşı, oturma və istirahət ərazisi olan bu otaqlar maksimum komfort və genişlik arzu edənlər üçün nəzərdə tutulmuşdur. Geniş yataq otağı və rahat yumşaq mebellərlə təchiz edilmiş qonaq otağı qonaqlara maksimum rahatlıq təmin edəcəkdir.

...
Rezervasiya Ətraflı

Deluxe Suite

Yüksək komfortluluğu və lüks istirahəti sevənlər üçün təqdim olunan Deluxe Suite otaq otelimizdə cəmi bir ədəddir. Bu otaq ayrı yataq və istirahət otaqları, iki ədəd vanna otaqları və 95 kvadrat metrlik geniş sahəsi ilə əsl rahatlıq vəd edir.

...
Rezervasiya Ətraflı

Naxçıvan Restoranı

Otelin 1-ci mərtəbəsində yerləşən klassik dizayna malik olan səhər yeməyi üçün nəzərdə tutulan Naxçıvan Restoranı hər gün saat 07:00 dən 10:30 kimi açıq buffet xidmətləri ilə qonaqların istifadəsinə verilir.

...
Ətraflı

Panorama Restoranı

Mehmanxananın 7-ci mərtəbəsində yerləşən gözəl atmosfer və şəhərə açılan görünüşü ilə Panorama restoranı Azərbaycanın və yenilənən dünya mətbəxinin ləziz təamları, gülərüz personalı ilə sizlərin xidmətindədir. Burada siz hər zaman xatirənizdə qalacaq...

Ətraflı

Otelimizdə 540 kv.m sahəni əhatə edən “LINEA” Sağlamlıq Klubunun təklif etdiyi Spa & Sağlamlıq mərkəzindəki Türk hamamı, sauna, cakkuzi, hovuz, idman zalı və “Vitamin Bar” qonaqların xidmətindədir. Spa & Sağlamlıq mərkəzinin təklif etdiyi vasitələr fikrinizi, bədəninizi və ruhunuzu rahatlamaq üçün sizləri gözləyir. Spa mərkəzində günün stressini və yorğunluğunu aradan qaldıra bilər, həmçinin istəklərinizə müvafiq olmaqla masaj xidmətlərindən faydalana bilərsiniz.“LINEA” Sağlamlıq Klubunun “Vitamin Bar”-ında rahatladıcı mühitdə müxtəlif faydalı içkilərdən zövq ala bilərsiniz.

İş saatları: 09:00-23:00