Sİfarİşə başlayın
Qafqaz Resort Hotel
Otel haqqında

“Qafqaz Resort Hotel” Qəbələ rayonu ərazisində dağətəyi zonada yerləşən 5 ulduzlu oteldir. Dəmiraparan çayı və Qəbələ dağlarının əhatəsində olan otelimiz geniş otaqlara malik nömrələr və həmçinin müstəqil ev formasında olan kotteclər ilə qonaqlara sakit məkanda rahatca dincəlmək və təmiz dağ havası qəbul edərək istirahətdən doyunca zövq almaq üçün əvəzolunmaz imkanlar təqdim edir. Qəbələ şəhərinə yaxın ərazidə yerləşən otelimizdə siz yerli kənd təsərrüfatı məhsullarından hazırlanmış Azərbaycanın ən dadlı yeməklərini və dünyanın ən qabaqcıl mətbəxlərinin ən ləziz təamlarını dada, kompleks formasında inşa olunmuş Spa və fitnes mərkəzinin geniş imkanlarından yararlanaraq öz sağlamlığınızı bərpa edə və eyni zamanda irimiqyaslı tədbirlər üçün bütün zəruri avadanlıqlarla tam təchiz olunmuş konfrans zalının təqdim etdiyi bütün xidmətlərdən faydalana bilərsiniz. Bununla yanaşı otelimiz Tufandağ İstirahət Kompleksinə yüksələn kanata və Qəbələnd Əyləncə Mərkəzinə yaxın ərazidə yerləşdiyindən Qəbələ rayonunun gəzməli-görməli yerlərinə səyahət etmək istəyənlər üçün də əlverişli şəraitə sahibdir.

Ünvan:
Ünvan, AZ1030 Qəbələ, Azərbaycan
Əlaqə nömrələri:
+994 24 205 42 00
Elektron ünvan:
info@qafqazresorthotel.com
Yerləşmə
  • 2 km mərkəzdən aralı
  • 15 km havalimanından aralı
  • 0 km dəmiryol vağzalından aralı
Otaqlar
Standard Double/Twin Təbiətin qoynunda ideal istirahət

Superior Double/Twin (İkinəfərlik) nömrələri sərfəli qiymətə Qəbələ dağlarının ətəyində təmiz dağ havası qəbul edərək dincəlmək istəyənlər üçün ideal seçimdir. Əksəriyyəti müasir Art Deco tərzində dizayn olunmuş bu nömrələr sahib olduğu gözəl təbiət mənzərəsi ilə qonaqlara zövqlü istirahət üçün əlverişli imkan yaradır.

Otağın özəllikləri

Bütün Superior Double/Twin (İkinəfərlik) nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Junior Suite Geniş və zövqlü otaqlar

Junior Suite nömrələri 1 yataq otağı və 1 qonaq otağından ibarətdir. Əksəriyyəti müasir Art Deco tərzində dizayn olunmuş bu nömrələr sahib olduğu gözəl təbiət mənzərəsi ilə qonaqlara zövqlü istirahət üçün əlverişli imkan yaradır.

Otağın özəllikləri

Bütün Junior Suite nömrələri sizi aşağıdakılarla təmin edir:

  • Sanitar qovşaq (cakuzili və ya duş kabinəli)
  • Mərkəzi isitmə/soyutma sistemi
  • Rəqəmli seyf kassası
  • Pulsuz internet
  • Telefon
  • Peyk TV
  • Minibar
  • Saç feni
Restoranlar

“Qafqaz Resort Hotel”də Azərbaycanın ən dadlı milli yeməklərinin və dünya mətbəxinin ən çox sevilən təamlarının təqdim olunduğu “Naxçıvan” və “Qarabağ” restoranları fəaliyyət göstərir. Dizayn baxımından qədimiliklə müasirliyi özündə birləşdirən “Naxçıvan” restoranı müstəqil binada yerləşir və tutumu 220 nəfərdir. Həmçinin bu binanın 1-ci mərtəbəsində “Disco” barı mövcuddur. Tutumu 110 nəfərdən ibarət olan “Qarabağ” restoranı da gün ərzində otel qonaqlarının xidmətindədir. Bundan başqa qonaqlar “Kür” barı ilə yanaşı 24 saat açıq olan “Şirvan” barında da müxtəlif şərablardan dada və yaxınları ilə söhbət edərək gözəl vaxt keçirə bilərlər. 

Spa və Fitnes

Spa və fitnes mərkəzi otel ərazisinin kənarında xüsusi yerdə kompleks formasında qurulub. Bu kompleksdə üstüaçıq və üstüqapalı hovuzlar, sauna, buxar və masaj otaqları, kişi və qadınlar üçün xüsusi olaraq ayrılmış Türk hamamları fəaliyyət göstərir. Sağlamlığını bərpa etmək istəyənlər müasir avadanlıqları ilə təchiz olunmuş idman zalının imkanlarından yararlana bilərlər. Həmçinin oteldə dincəlməklə yanaşı əyləncəli vaxt keçirmək arzusunda olanlar boulinq, kino və oyunzalları və dağətəyi ərazidə səyahət üçün əlverişli olan ATV-karların imkanlarından faydalanaraq istirahət anlarını unudulmaz edə bilərlər.

Görüşlər

“Qafqaz Resort Hotel”də böyük tədbirlər keçirmək üçün əlverişli şərait yaradılıb. Teatr formasında dizayn olunmuş konfrans zalının ümumi tutumu 300 nəfərdir. Bu zal irimiqyaslı görüşlərin keçirilməsi üçün zəruri olan bütün avadanlıqlarla, o cümlədən proyektor, pərdə, mikrofon, səs sistemi, flipçart və kürsü ilə təchiz olunub. Həmçinin oteldə kiçik yığıncaqların keçirilməsi üçün də lazımi şərait mövcuddur. Kiçik miqyaslı görüşlər üçün tərtib olunmuş iclas zalının tutumu 40 nəfərdir və bu zal da zəruri bütün texniki və elektronik avadanlıqlarla tam təchiz olunub.