Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən beş ulduzdu Qafqaz Sport Oteli Qəbələ şəhər mərkəzindən bir neçə dəqiqəlik məsafədə, müxtəlif idman obyektlərinin cəmləşdiyi ərazidə yerləşir. Böyük yaşıllıq ərazini əhatə edən dəbdəbəli otel həm otel otaqları həm də fərdi koteclər ilə bütün qonaqların arzu və istəklərini həyata keçirmək iqtidarındadır. Otel Qəbələ Olimpiya mərkəzi və Qəbələ Stadionunun yaxınlığında yerləşməklə böyük idman və digər tədbirlərə ev sahibliyi edə bilməkdədir.


Ünvan, AZ3600 Qəbələ, Azərbaycan
Qəbələ şəhər mərkəzindən otelə qədər məsafə

2 km

Heydər Əliyev Beynəlxalq Aeroportundan otelə qədər məsafə

245 km

Qəbələ Beynəlxalq aeroportundan otelə qədər olan məsafə

25 km

Bakı Beynəlxalq avtovağzalından olan məsafə

215 km

Qəbələ Beynəlxalq avtovağzalından olan məsafə

3 km

Superior Single

Qafqaz Sport otelinin əzəmətli Qafqaz dağlarına açılan mənzərəsi ilə seçilən geniş otaqları qonaqlarımızın istirahətini unudulmaz etmək üçün dizayn edilmişdir. Açıq qəhvəyi tonlarda dizayn edilmiş Superior single otaqlar 32 kvadrat metr sahəni əhatə edir və o...

Rezervasiya Ətraflı

Superior Twin

Superior Single otaqlarla eyni funksionallığa malik olan Superior Twin otaqlar 36 kvadrat metr sahəni əhatə edir. Bu tip otaqlar iki ayrı çarpayı və yumşaq mebellərlə təchiz edilmişdir. Otaqlarda mərmər vanna otağı və yazı masası da mövcuddur.

...
Rezervasiya Ətraflı

Superior Triple

Yaxın dostlarla istirahət üçün nəzərdə tutulmuş Superior Triple otaqlar üç nəfərlik çarpayılarla təchiz edilmişdir. Otaqların ümumi sahəsi 40 kvadrat metrdir. Bu tip otaqlar otelimizin üçüncü və dördüncü mərtəbələrində ...

Rezervasiya Ətraflı

Suite

Ailəliklə və geniş otaqlarda istirahət etmək üçün ideal olan Junior Suite otaqlar açıq mavi tonlarda dizaynı ilə isti ev abu-havası yaratmaqla istirahətinizi yadda qalan edəcəkdir. Ayrıca yataq və qonaq otaqlarından ibarət olan Junior otaqların bir çoxunda Qafqaz da...

Rezervasiya Ətraflı

King Suite

Lüks istirahəti sevənlər üçün tərtib edilmiş Kinq otaqlar otelin bütövlükdə beşinci mərtəbəsini əhatə edir. Otağa birbaşa açılan lift fərdi istirahəti sevənlər üçün xüsusi hazırlanmışdır. Geniş qonaq otağı ilə yanaşı Kinq otaqda bi...

Rezervasiya Ətraflı

1 Yataq Otaqlı Kottec

Otelin gözəl yaşıllıqlar içərisində salınmış kotec kompleksi fərdi istirahəti sevənlər üçün tərtib edilmişdir. Müxtəlif yataq otaqları olan koteclər müxtəlif kateqoriyalarda olmaqla kiçik və böyük ailələr üçün əlverişli se&c...

Rezervasiya Ətraflı

2 Yataq Otaqlı Kottec

Xüsusi qonaq otağı, iki yataq otağı və mətbəx hissəsi ilə təchiz edilmiş iki yataq otaqlı koteclər ailə və yaxınlarla istirahət üçün ideal seçimdir. Bu tip otaqlarda canlı kamin qış mövsümündə sizə əsl şəhərdən kənar istirahət abu-havası yaşadacaqdır. İ...

Rezervasiya Ətraflı

3 Yataq Otaqlı Kottec

Nisbətən daha geniş ailə və qruplar üçün nəzərdə tutulmuş bu koteclərdə üç ədəd yataq otağı və bir ədəd qonaq otağı mövcuddur. Geniş qonaq otağında canlı kamin, mətbəx guşəsi, yemək və ya görüşlər keçirə biləcəyiniz masa və oturma zonası vardır. ...

Rezervasiya Ətraflı

Mirvari Restoranı

250 nəfərlik geniş Mirvari restoranı otelimizin qonaqları üçün səhər yeməyi, günorta və axşam yeməkləri təklif edir. Azərbaycan, Qəbələ və Aralıq dənizi mətbəxinin ləziz nümunələrini dada biləcəyiniz Mirvari Restoranının həm də açıq terras zonası vardır ki, burad...

Ətraflı

Sport Kafe

Otelimizin birinci mərtəbəsində yerləşən Sport Kafe həm oyun zalı həm də müxtəlif qəlyənaltılar dada biləcəyiniz bir məkandır. Burada stolüstü futbol, tennis, müxtəlif oyun aparatları, bilyard, nərd, domino və play station otağı mövcuddur. Sport Kafedə həm əyləncəli vaxt ...

Ətraflı

Otelimizin geniş SPA mərkəzi açıq havada hovuz, açıq havada uşaq hovuzu, qapalı hovuz, türk hamamı, sauna, buxar hamamı, fitnes zalı və masaj otaqları ilə sizlərə sağlamlığınızı bərpa etməyə və canlanmağınıza kömək edəcək. SPA istirahət zonasında masaj və gözəllik prosedurlarından sonra istirahət edə və zərif çay seçimlərindən dada bilərsiniz. Geniş idman zalımızda isə ən son idman avadanlıqları və fərdi məşqçi ilə istirahət zamanı da idmanla məşğul ola biləcəksiniz.

İş saatları: 08:30-23:00