Füsunkar Yengicə meşəsinin tam ortasında, yaşıllıqlarla əhatə olunmuş Qafqaz Thermal otel Qəbələ də müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir. Bu otelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. Tarixi araşdırmalar kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi bərpaedici təsirini sübut etmişdir. Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Mənbəyi otel ərazisində yerləşən bu mineral sudan Qafqaz Thermal otelinin sağlamlıq mərkəzində termal vannalar şəklində istifadə olunur. Bundan əlavə olaraq Qafqaz Thermal oteldə naftalan nefti ilə müalicə prosedurlarıda mövcuddur. Qafqaz Thermal oteli unikal istirahət imkanları ilə yanaşı Naftalan neftinin və mineral suyun şəfaverici xüsusiyyətlərini və müasir standartlara əsaslanan otelçilik ənənələrini qonaqlarımıza təqdim edir. Otelimizdə spa mərkəz,i idman salonu, qapalı hovuz ,restoran və bar istirahətinizi səmərəli şəkildə tamamlamağa kömək edəcəkdir. Mineral suyun müalicə etdiyi xəstəliklər: sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və s. Naftalan neftinin müalicəvi xüsusiyyətləri:dəri xəstəlikləri , nevroloji xəstəliklər, dayaq hərəkət sistemi xəstəlikləri, ginekoloji və uroloji xəstəllikləri, burun-boğaz, stomatoloji və ürək damar xəstəlikləri.


Yengicə, AZ3600 Gəbələ, Azərbaycan
Qəbələ şəhər mərkəzindən otelə qədər məsafə

18 km

Heydər Əliyev Hava Limanından otelə qədər məsafə

250 km

Qəbələ Hava Limanından otelə qədər məsafə

40 km

Bakı Beynəlxalq avtovağzalından olan məsafə

225 km

Qəbələ Beynəlxalq avtovağzalından olan məsafə

40 km

Standard Single

Möhtəşəm Yengicə meşəsinə açılan mənzərəsi ilə Qafqaz Thermal otelinin qonaq otaqları sizə əsl mənəvi istirahət yaşadacaqdır. Geniş və müasir tonlarda dizayn edilmiş otaqlar həm fərdi həm də ailəvi istirahət üçün əlverişlidir. Standard single (birnəfərlik) otaqla...

Rezervasiya Ətraflı

Standard Double

Standart Single otaqlarla eyni funksionallığa malik iki nəfərlik bu otaqlar nisbətən daha geniş ərazini əhatə edir. Ümumilikdə 43 kvadrat metrlik ərazini əhatə edən Standart Double otaqlar iki ayrı çarpayı ilə təchiz edilmişdir. Otaqlar həmçinin rahatlığınızı təmin etmək ü...

Rezervasiya Ətraflı

Junior Suite

Möhtəşəm mənzərəli Junior suite otaqlar geniş yataq otağı və qonaq otağından ibarətdir. Təbiət qoynunda istirahət arzusunda olan qonaqlarımız üçün Junior Suite otaqlar ideal seçim olacaqdır. Bu kateqoriyalı otaqların ümumi sahəsi 70 kvadrat metrdir. Bu tip otaqla...

Rezervasiya Ətraflı

King Suite

Dəbdəbəli istirahəti sevənlər üçün art deko üslubunda dizayn edilmiş Kinq otaq Qafqaz dağlarının ətəyində unudulmaz anlar yaşamaq üçün tərtib edilmişdir. 450 kvadrat metrlik çox geniş sahəni əhatə edən Kinq otağın ümumilikdə iki yataq otağı, spa ...

Rezervasiya Ətraflı

1 Yataq Otaqlı Kottec

Yengicə meşəsinin daxilində taxta evlərdən hazırlanmış koteclər qonaqlarımıza unudulmaz istirahət vəd edir. Geniş həyətyanı sahəsi, qonaq otağı və yataq otağı olan bu koteclər ailə və yaxın dostlarla təbiətin dadını çıxarmaq üçün unikaldır. Koteclər oteldən bir qədər kənar...

Rezervasiya Ətraflı

2 Yataq Otaqlı Kottec

Meşə qoynunda, quşların səsi ilə oyanmaq istəyirsinizsə iki yataq otaqlı koteclər məhz sizin üçündür. Geniş qonaq otağı və iki ədəd yataq otağı olan bu kateqoriyalı koteclərdə dörd nəfər rahatlıqla qonaqlaya bilər. Koteclərin həyətlərində yerləşdirilmiş manqal qurğuları...

Rezervasiya Ətraflı

Yengicə Terras

Yengicə meşəsinə açılan möhtəşəm mənzərəsi ilə Yengicə Terrası yaz və yay aylarında dağ havasının müşayətində yemək yemə zövqü yaşamağınıza səbəb olacaqdır. Açıq havada peşəkar ustalarımızın hazırladığı ləziz yeməklər sizə unudulmaz anlar yaşadacaqdır. Bundan əla...

Ətraflı

Lobbi Bar

Otelin girişində yerləşən Lobbi Barda vaxtınızı sakit bir mühitdə keçirmək üçün bütün şərait vardır. Lobbi Barda kofe çeşidləri, çay, şirniyyat, kokteyllər və digər içki növləri kaminin ətrafında sizə peşəkar barmenlərimiz tərəfində...

Ətraflı

Yengicə Restoranı

Otelimizin birinci mərtəbəsində yerləşən Yengicə Restoranı unikal atmosferi ilə qonaqlarımıza günün istənilən saatı xidmət göstərmək ixtiyarındadır. Yengicə restoranı əsasən milli və Aralıq dənizi mətbəxinin sevilən təamlarını qonaqlarımıza təklif etməkdədir. Restoranın 16 nəfərlik...

Ətraflı

Ayrıca sağlamlıq və spa mərkəzi olan Qafqaz Thermal oteli alternativ müalicə və masaj prosedurları ilə qonaqlarımıza əsl rekreasiya təcrübəsi yaşadacaqdır. Unikal Yengicə mineral suyunun və naftalan neftinin müalicəvi gücünü sağlamlıq mərkəzində təklif edilən vanna prosedurları ilə təcrübə edə bilərsiniz. Yüzillər boyu istifadə olunan təbii müalicə vasitəsi və şəfa gətirən bu möcüzəvi su müasir tibbin köməyi ilə insanlara rahatlıq və sağlamlıq verir. Yalnız Azərbaycanda çıxan Naftalan nefti ilə müalicə spa mərkəzimizdə mümkündür. Neftin unikal tərkibi bədəndə olan toksinlərin çıxmasını təmin edərək müalicəvi təsir edir. Spa mərkəzimizdə peşəkar işçi heyəti sizin rahat və qayğısız şəraitdə istirahət etməyinizi təmin edəcəkdir. Bura ayrı-ayrılıqda masaj kabinələri, gözəllik salonu müalicə və rahatlığın birləşdiyi gözəl məkandır. Sağlamlıq Mərkəzində xanımlar və bəylərin rahatlıqla istirahəti üçün xanımlar ayrı, bəylər ayrı Türk hamamı, sauna və buxar hamamları fəaliyyət göstərir. Oteldə qapalı hovuz mövcuddur. Ən son idman avadanlıqları ilə təmin edilmiş idman zalımız idman sevərlər üçün gün boyu fəaliyyət göstərir.

İş saatları: 09:00-23:00